"Bir gün suveren Fələstində Qüdsdə bir araya gəlmək üçün Allaha dua edirəm", M.Çavuşoğlu

Səudiyyə Ərəbistanının Cidde şəhərində təşkil edil İslam Əməkdaşlıq Təşkilatının 50ci ildönümü mərasimində Türkiyə və üzvü olduğu Asiya Qrupu adında çıxış edən M.Çavuşoğlu deyib...

1312398
"Bir gün suveren Fələstində Qüdsdə bir araya gəlmək üçün Allaha dua edirəm", M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: “Qəzza küçələrində azadlığı və qüruru üçün gedən kiçik bir uşaqdan Qüdsün işğalı ilə irqçi və insanlıqxarici izolyasiyaya qarşı müqavimət göstərən bütün igid fələstinli kişi və qadınları salamlayıram. Səsinizi eşidirik: milyonlarla müsəlman sizinlə birlikdədir", - deyə söylədi.

  Səudiyyə Ərəbistanının Cidde şəhərində təşkil edil İslam Əməkdaşlıq Təşkilatının 50-ci ildönümü mərasimində Türkiyə və üzvü olduğu Asiya Qrupu adından çıxış edən M.Çavuşoğlu deyib:

  “Qüdsün statusu və fələstinlilərin haqqlarının qorunmasına dair Birləşmiş Millətlər Təşkilatı baş assambleyasının fövqəladə iclasları konkret nəticələr verməyə başlayıb.

  Arakanlılar, kəşmirlilər, uyğurlar, Qıbrız türkləri, Qərbi Trakiyadakı türk azlıqlar, Şimal Amerika və Avropadakı müsəlman xalqların və cəmiyyətlərin şərəf və haqqlarını hər yerdə müdafiə etmək təşkilatımızın vəzifəsidir.

  Türkiyə İslam Əməkdaşlıq Təşkilatının fəal bir üzvü kimi bu mübarizələrdə səsini hər zaman ucaldır.

  Müsəlman azlıq və birliklərin qorunması, İslamofobiyaya qarşı mübarizə təşkilatın Türkiyə və asiyalı üzvləri üçün bir-biri ilə əlaqəli iki mühüm məsələsidir.

  Səudiyyə Ərəbistanına İslam Əməkdaşlıq Təşkilatında dövri sədrliyi müddəti boyu müvəffəqiyyətlər arzulayıram.

  Təşkilatın növbəti ildönümlərini bir gün suveren və müstəqil Fələstində Qüds şəhərində qeyd etmək və orada bir araya gəlmək üçün Allaha dua edirəm".

  Xatırladaq ki, Türkiyə 2016-cı ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatının dövri sədrliyini Misirdən təhvil almışdı. Bu vəzifə 2019-cu ilin may ayında Səudiyyə Ərəbistanına keçib.



Әlaqәli Xәbәrlәr