“Pəncə” əməliyyatlarında indiyədək 163 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terror təşkilatı PKK-ya qarşı “Pəncə” əməliyyatlarında indiyədək 163 terrorçunun zərərsizləşdirildiyini açıqladı.

1312190
“Pəncə” əməliyyatlarında indiyədək 163 terrorçu zərərsizləşdirildi

 

  Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terror təşkilatı PKK-ya qarşı “Pəncə” əməliyyatlarında indiyədək 163 terrorçunun zərərsizləşdirildiyini açıqladı.

  Nazirliyinin Mətbuat və Xalqla Əlaqələr Şöbəsinin müdiri, dəniz podpolkovniki (yarbay) Nadidə Şəbnəm Aktop nazirlikdə təşkil edilən mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib:

  “Suriyada “Sülh çeşməsi” hərəkatı bölgəsində indiyədək terrorçular tərəfindən minalanmış 1000-dən çox əl qumbarası məhv edilib. Hərəkat çərçivəsində Türkiyə Silahlı Qüvvələri (TSQ) Mobil Klinikası Tel-Abyad və Rasulayn kəndlərinə daxil olaraq suriyalılara səhiyyə yardımı çatdırıb, vəziyyəti ağır olanları bölgədəki xəstəxanalara yerləşdirib.

  Terrorçuların məktəbləri raketvuran emalatxana kimi istifadə etdiklərini aşkarladıq. Bunlardan bir neçəsi - Nukra kəndində terrorçular tərəfindən istifadə edilən məktəblər geri alındıqdan sonra təmir olunub.

  Türkiyə Silahlı Qüvvələri ABŞ və Rusiya ilə Suriyanın şimalının terrorçulardan təmizlənməsi barədə müqavilənin şərtlərinə düzgün əməl edir.

  İraqda həyata keçirilən “Pəncə” əməliyyatları çərçivəsində də indiyədək 163 terrorçu zərərsizləşdirilib. Terrorçular tərəfindən sığınacaq yer kimi istifadə olunan 53 mağara, 78 ədəd mina və əl qumbarası aşkarlanaraq məhv edilib”.



Әlaqәli Xәbәrlәr