Mövlud Çavuşoğlu Yaponiyada görüşlәr keçirir

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu G-20 ölkәlәrinin xarici işlәr nazirlәrinin iclası ilә bağlı Yaponiyaya etdiyi sәfәr çәrçivәsindә müxtәlif görüşlәr keçirir.

1311172
Mövlud Çavuşoğlu Yaponiyada görüşlәr keçirir

 

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu G-20 ölkәlәrinin xarici işlәr nazirlәrinin iclası ilә bağlı Yaponiyaya etdiyi sәfәr çәrçivәsindә müxtәlif görüşlәr keçirir.

Naqoyada mәtbuat nümayәndәlәrinә bәyanatlar verәn Mövlud Çavuşoğlu Rusiyadan alınan S-400 zenit-raket kompleksi mәsәlәsindә Türkiyәnin  Amerika Birlәşmiş Ştatları ilә keçirilәn görüşlәrdәki mövqeyini bir daha xatırladıb.

  “Kim olarsa olsun, hansı ölkə olarsa olsun. Əlbəttə ki,  suverenlik hüquqlarına hörmət çәrçivәsindә hәr şeyi müzakirә edirik. Biz hər zaman hәm ABŞ, hәm dә digәr ölkәlәrlә  diplomatiya çәrçivәsindә vә müzakirә yolu ilә  razılıq әldә etmәk istәyirik. Ancaq onların suverenliyimizə müdaxilә etmәlәrinә icazə vermirik".

Yaponiya ilə ortaq ticarət razılaşması mövzusuna da toxunan Mövlud Çavuşoğlu razılaşmanın әldә olunduğunu, Türk vətəndaşlarının sürücülük  vәsiqәsi üçün  artıq Türkiyəyə gəlmələrinә ehtiyac olmadığını vә sürücülük  vәsiqәlәrini Yaponiyadan ala bilәcәklәrini bildirib.

Mövlud Çavuşoğlu deyib: "Türkiyə-Yaponiya İqtisadi Tərəfdaşlıq sazişi ilә bağlı müzakirələrini bu ilin sonuna  qədər başa çatdırmağı  planlaşdırırıq" .



Әlaqәli Xәbәrlәr