Fatih Dönmәz: ‘‘Türkiyә Şәrqi Aralıq dәnizindә dördüncü qazma fәaliyyәtini hәyat keçirir’’

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz Türkiyәnin hazırda Şәrqi Aralıq dәnizindә dördüncü qazma fәaliyyәtini apardığını deyib.

1311047

Bu barәdә Fatih Dönmәz Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn iclasda bildirib. Şәrqi Aralıq dәnizindә aparılan qazma fәaliyyәtlәrinә toxunan Fatih Dönmәz deyib: ‘‘Hazırda Şәrqi Aralıq dәnizindә qazma fәaliyyәtlәri aparırıq. Hәm öz hüququmuzu, hәm dә Şimali Kipr Türk Cümhuriyyәtindәki soydaşlarımızın hüquqlarını sonunadәk müdafiә edәcәyik’’.

Bu günkü problemin sәbәbkarının Kipr Yunan rәhbәrliyinin barışmaz mövqeyi olduğunu deyәn Fatih Dönmәz bildirib ki, Şәrqi Aralıq dәnizindәki fәaliyyәtlәrimizi sonunadәk davam etdirәcәyik.

Әlaqәli Xәbәrlәr