Ordu generalı Yaşar Büyükanıt vəfat etdi

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 25-ci rəisi ordu generalı Yaşar Büyükanıt vəfat etdi.

1309912
Ordu generalı Yaşar Büyükanıt vəfat etdi

2006-2008-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik etmiş ordu generalı 79 yaşlı Yaşar Büyükanıt bir müddətdirİstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xəstəxanadan yayılan açıqlamada ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

Qeyd edək ki, 2 il müddətinə Türkiyə Silahlı Qüvvələrinə rəhbərlik etmiş Yaşar Büyükanıt 9 gün əvvəl itirdiyi həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasiminə səhhətindəki problemlərə görə iştirak edə bilməmişdi.


 



Әlaqәli Xәbәrlәr