"Mövzunu sadəcə müzakirə etmək üçün masada oturmayacağıq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu milli məsələ olan Kıbrıs mövzusunda sadəcə müzakirə etmək üçün təkrar masaya oturmayacaqlarını söylədi.

1308442
"Mövzunu sadəcə müzakirə etmək üçün masada oturmayacağıq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu milli məsələ olan Kıbrıs mövzusunda sadəcə müzakirə etmək üçün təkrar masaya oturmayacaqlarını söylədi.

Çavuşoğlu Türkiyə Böyük Millət Məclisi Plan və Büdcə Komissiyasında  Xarici İşlər Nazirliyi və aidiyyəti olan qurumların 2020 büdcəsini təqdim edərkən deyib: “Şərqi Aralıq dənizində ən uzun sahil zolağı olan Türkiyənin Kıbrıs adasının qərbində və şimalındakı dəniz sahələrində qanuni haqq və maraqları var. Ölkəmiz bunları qorumaq üçün lazım olan tədbirləri görüb, görməkdə də davam edəcək. Həm özünün dəniz dibi ərazisində öz maraqlarını, həm də zamin ölkə olduğumuz Şimali Kıbrıs Türk Cümhuriyyətinin haqlarını qorumaqda davam edəcəyik.

Türkiyənin Suriyada yaratdığı yeni status-kvonu ABŞ və Rusiyanın qəbul etdiyini bildirən Çavuşoğlu qeyd edib ki, əsassız ittihamlara və sanksiyalara baxmayaraq sahədə və masada yürütdüyümüz qətiyyətli mübarizəmiz nəticəsində ABŞ və Rusiya təhlükəsizliklə bağlı qanuni narahatlığımızı və əməliyyatın qanuniliyini və sahədə atdığımız addımlarla yaratdığımız yeni status-kvonu qəbul etdi. Terror təşkilatı PYD/YPG-nın dırnaqarası komandanı PKK mənsubu terrorçu Fərhat Abdi Şahinin ABŞ və Almaniyaya səyahət edəcəyinə dair xəbərlər yayılıb. Adı çəkilənlərin saxlanılaraq ölkəmizə təhvil verilməsini sürətli şəkildə bu ölkələrə çatdırdıq. Bu tələbimizi təkidlə təqib edirik.

Nazir Çavuşoğlu Türkiyənin İranla yaxşı qonşuluq əlaqələrini birgə maraqlar əsasında inkişaf etdirdiyini bildirərək, iki ölkə arasında ticarət, turizm, nəqliyyət və enerji daxil müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirdiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr