Terrorçulara məxsus minalanmış maşın ələ keçirildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada “Sülh çeşməsi” hərəkatı bölgəsindəki Tel Abyadda terror təşkilatı YPG/PKK tərəfindən minalanan maşın ələ keçirilib.

1307160
Terrorçulara məxsus minalanmış maşın ələ keçirildi
bombali arac.jpg
bombali arac.jpg

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada “Sülh çeşməsi” hərəkatı bölgəsindəki Tel Abyadda terror təşkilatı YPG/PKK tərəfindən minalanan maşın ələ keçirilib.

Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bununla bağlı yazıb:

“Terror təşkilatı PKK/YPG-nin dinc sakinlərə yönəldilmiş yeni bir minalanmış maşının hücumunun qarşısı son anda alındı. Tel Abyadın cənubundakı Hamam Turkumanda partladılmaq üçün minalanan maşın ələ keçirildi. Dinc sakinlərin zərər görməməsi üçün maşın boş ərazidə nəzarət altında məhv edildi”.

Digər tərəfdən Diyarbəkir vilayətinin Licə qəsəbəsi çölündə terror təşkilatı PKK-ya qarşı əməliyyatda 5 ton 38 kq marixuana ələ keçirildi.



Әlaqәli Xәbәrlәr