Rәcәb Tayyib Әrdoğan vәtәnә qayıtdı

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ABŞ-da keçirdiyi görüşlәrdәn sonra  Türkiyәyә geri qayıtdı.

1306648
Rәcәb Tayyib Әrdoğan vәtәnә qayıtdı

 

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ABŞ-da keçirdiyi görüşlәrdәn sonra  Türkiyәyә geri qayıtdı.

Mәlumata görә, dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan xüsusi tәyyarә ‘‘TRK’’ ilә Türkiyә vaxtı ilә saat 14.50-dә İstanbula eniş edib.

Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, xarici işlәr naziri Mövlud Çavuşoğlu, maliyyә vә xәzinә naziri Berat Albayrak, milli müdafiә naziri Hulusi Akar, ticarәt naziri Ruhsar Pekcan, Әdalәt vә İnkişaf Partiyasının sәdr müavini Mahir Ünal, Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun vә Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın müşayiәt edirdi.

Qeyd edәk ki, Rәcәb Tayyib Әrdoğanı Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay , İstanbul Valisi Ali Yerlikaya, İstanbul Polis İdarәsinin rәisi Mustafa Çalışkan vә digәr rәsmi şәxslәr qarşılayıblar.



Әlaqәli Xәbәrlәr