Rәcәb Tayyib Әrdoğan vә Donald Tramp birgә mәtbuat konfransında çıxış ediblәr

ABŞ-a işğüzar sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu ölkәnin prezidenti Donald Trampla keçirdiyi tәkbәtәk vә heyәtlәr arası görüşlәrdәn sonra birgә mәtbuat konfransında çıxış edib.

1306183
Rәcәb Tayyib Әrdoğan vә Donald Tramp birgә mәtbuat konfransında çıxış ediblәr

 

ABŞ-a işğüzar sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu ölkәnin prezidenti Donald Trampla keçirdiyi tәkbәtәk vә heyәtlәr arası görüşlәrdәn sonra birgә mәtbuat konfransında çıxış edib.

Rәcәb Tayyib Әrdoğan çıxışı zamanı  bildirib ki, ABŞ Nümayәndәlәr Palatasının oktyabrın 29-da qәbul etdiyi qәtnamә Türk xalqını narahat etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyә  dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır. 104 il әvvәl baş verәn hadisәlәr ilә bağlı qәrarı  siyasәtçilәr yox, tarixçilәr vermәlidir.

Suriyadakı böhrana  toxunan dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vurğulayıb ki, ABŞ-ın bu mövzudakı әn etibarlı tәrәfdaşı Türkiyәdir.

Tramp ilә  Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatları ilə mübarizə mәsәlәsini dә müzakirә etdiklәrini ifadә edәn prezident Rәcәb Tayyib Әrdoğan  bildirib ki, Türkiyə qəti şəkildə FETÖ-nun ABŞ-dakı mövcudluğuna son qoyulmasını tələb edir.

Әrdoğan uyğun tәklif edilәcәyi tәqdirdә ABŞ-dan Patriot sistemini ala bilәcәklәrini vә qeyd edib.

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp isә öz növbәsindә Әrdoğana ABŞ-a sәfәr etdiyi üçün tәşәkkür edib. Tramp keçirilәn görüşdә Suriya mәsәlәsi, Türkiyənin Rusiyadan  aldığı S-400 zenit-raket kompleksi,  ticarət həcminin 100 milyard dollara çatdırılması başda olmaqla  ikitərəfli münasibәtlәri müzakirә etdiklәrini deyib. Әrdoğanla keçirdiklәri görüşün çox mәhsuldar olduğunu vurğulayan Tramp iki ölkә arasındakı müttәfiqlik әlaqәlәrinin NATO vә Yaxın Şәrq üçün çox әhәmiyyәtli olduğunu söylәyib.



Әlaqәli Xәbәrlәr