Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qayıdır

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyә vaxtı ilә saat  05.15-dә Türkiyәyә doğru hәrәkәt edib.

1306239
Rәcәb Tayyib Әrdoğan Türkiyәyә  qayıdır

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyә vaxtı ilә saat  05.15-dә Türkiyәyә doğru hәrәkәt edib.

Mәlumata görә, Rәcәb Tayyib Әrdoğanı Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu, Türkiyәnin Vaşinqtondakı sәfiri Sәrdar Kılıç, Türkiyәnin BMT-dәki daimi nümayәndәsi Feridun Sinirlioğlu, ABŞ Protokolunun baş direktoru Cam Henderson vә digәr rәsmi şәxslәr yola salıblar.

Qeyd edәk ki, Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, xarici işlәr naziri Mövlud Çavuşoğlu, maliyyә vә xәzinә naziri Berat Albayrak, milli müdafiә naziri Hulusi Akar, ticarәt naziri Ruhsar Pekcan, Әdalәt vә İnkişaf Partiyasının sәdr müavini Mahir Ünal, Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun vә Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın müşayiәt edirdi.



Әlaqәli Xәbәrlәr