Ərdoğan Trampın dəvətilə ABŞ-a yola düşür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın dəvətilə noyabrın 12-də Amerikaya yola düşür.

1304649
Ərdoğan Trampın dəvətilə ABŞ-a yola düşür

 

  Ərdoğan ABŞ-a səfəri çərçivəsində prezident Donald Trampla görüşəcək. İki ölkə başçısı daha sonra çoxtərfli müzakirələr masasına oturacaqlar.  

  Danışıqlar zamanı Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələr ətraflı müzakirə ediləcək. Suriya başda olmaqla regional və qlobal məsələlər, xüsusilə də terror mövzusu gündəmdə olacaq. İki ölkə arasında həmrəylik, əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi üçün atılası konkret addımlar ətrafında da fikir mübadiləsi aparılacaq.

  Türkiyə prezidenti R.T.Ərdoğan Amerikada görüşləri çərçivəsində ABŞ Ticarət Palatasının ev sahibliyilə keçiriləcək yığıncaqda iş adamlarına müraciət edəcək, Merlind ştatında olan Amerika Din İşləri üzrə Mərkəzə baş çəkərək, Türkiyə vətəndaşları, türk soylu amerikalılar və müsəlman icmanın nümayəndələrilə bir araya gələcək.

 

 



Әlaqәli Xәbәrlәr