"Suriyanın zənginlikləri üzərində xalqından başqa heç kimin haqqı yoxdur", M.Çavuşoğlu

Türkiyənin ev sahibliyilə Antaliyada təşkil edilən İqtisadi Əməkdaşlıq Təşkilatı Yığıncağında iştirak edən M.Çavuşoğlu toplantıdan sonra təşkilatın baş katibi Hadi Suleymanpurla birgə təşkil edilən mətbuat konfransında çıxış edərək deyib...

1303356
"Suriyanın zənginlikləri üzərində xalqından başqa heç kimin haqqı yoxdur", M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın zənginlikləri üzərində, bu ölkənin xalqından başqa, heç kimin haqqı olmadığını vurğuladı.

  Türkiyənin ev sahibliyilə Antaliyada təşkil edilən İqtisadi Əməkdaşlıq Təşkilatı Yığıncağında iştirak edən M.Çavuşoğlu toplantıdan sonra təşkilatın baş katibi Hadi Suleymanpurla birgə təşkil edilən mətbuat konfransında çıxış edərək deyib:

  “Amerika Birləşmiş Ştatları Suriyada neft ehtiyatları olduğunu etiraf edir.

  Suriyanın zənginlikləri üzərində xalqından başqa heç kimin haqqı yoxdur. Biz Türkiyə olaraq Suriyadakı “Sülh çeşməsi” hərəkatını Suriyanın zənginliklərinə əl qoymaq üçün deyil, terrorçuları təmizləmək üçün başladıq və bununla həm də Suriyanın bölünməsinin qarşısını aldıq. Bu gün də Suriyanın torpaq bütövlüyünü çox güclü şəkildə dəstəkləyirik. Ölkənin neft ehtiyatlarına kiminsə sahib olmaq istəməsi beynəlxalq hüquqa zidddir və biz də buna qarşıyıq. Bu yerlər Suriya xalqınındır".



Әlaqәli Xәbәrlәr