Telefon danışığında ikitərəfli məsələlərlə yanaşı regional mövzular müzakirə olunub

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

1301615
Telefon danışığında ikitərəfli məsələlərlə yanaşı regional mövzular müzakirə olunub

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı ikitərəfli məsələlərlə yanaşı regional mövzular da müzakirə olunub.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, iki dövlət başçısı ABŞ prezidenti Trampın dəvətilə 13 noyabrda Vaşinqtonda gerçəkləşəcək görüş barədə danışıblar.

  R.T.Ərdoğan “twitter” hesabından amerikalı həmkarı ilə baş tutan telefon danışığı barədə yazıb: “Söhbət zamanı ikitərəfli əlaqələrlə yanaşı bölgədəki vəziyyəti də müzakirə etdik. Səmərəli keçən söhbətdə terrorla mübarizə və ölkələrimiz arasındakı ticarət hədəfləri başda olmaqla, müxtəlif sahələrdə atacağımız addımlardan danışdıq. 13 noyabrda ABŞ-a reallaşdıracağımız səfərdə də ikili əlaqələrimiz və regional məsələləri müzakirə edəcək və müsbət nəticələr əldə edəcəyimizə inanıram”.

  ABŞ prezidenti D.Tramp isə öz “twitter” hesabından bunları paylaşıb: “Ərdoğan mənə atışma zamanı qaçdıqları bildirilən, aralarında terrorçu Əbubəkir əl-Bağdadinin həyat yoldaşı və bacısının da olduğu bir çox DAEŞ üzvünün yaxalandığını söylədi. Söhbət zamanı həmçinin Suriya sərhədi, terrora son qoyulması, YPQ/PKK və digər mövzular müzakirə olundu. Türkiyə prezidentini 13 noyabrda Ağ Evdə görməyi səbirsizliklə gözləyirəm”.



Әlaqәli Xәbәrlәr