Atatürkün mavzoleyini - Anıtkabiri görüntülü izləmək istəyənlərə müjdə

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Türkiyə Cümhuriyyətinin banisi və türk millətinin lideri Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü üçün Anıtkabirin tanıdıldığı videoçarx hazırlandı.

1301402
Atatürkün mavzoleyini - Anıtkabiri görüntülü izləmək istəyənlərə müjdə

 

  Milli Müdafiə Nazirliyi tərəfindən Türkiyə Cümhuriyyətinin banisi və Türk millətinin lideri Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü üçün Anıtkabirin tanıdıldığı videoçarx hazırlanıb. Nazirliyin “Twitter” səhifəsində paylaşılan videoda Atatürkün məzarı - Anırkabiri (xatirə qəbiri) hər il milyonlarla insanın ziyarət etdiyi bildirilib.

  Videoda Anıtkabirə gedən ziyarətçilərin istifadə etdiyi və rəsmi mərasimlərin başlangıç nöqtəsi olan “Aslanlı yol”un görüntüləri nümayiş etdirilərək deyilir: “262 metr uzunluğu olan yolun başında Atatürkdən sonra türk millətinin yaşadığı dərin kədəri əks etdirən 3 qadın və 3 kişi heykəli yer alır. Yolun iki tərəfində Atatürkün türk və Anadolu tarixinə verdiyi əhəmiyyətə istinadla Anadoluda böyük bir dövlət quran xetlərin aslan üslubuna uyğun şəkildə oturmuş 24 aslan heykəli yerləşib. Türk mifologiyasında güc və qüdrətin simvolu sayılan aslanlar duruşları ilə sakitdirlər. Bu, türk millətinin vətəninə, bayrağına və müstəqilliyinə toxunulmadığı müddətcə barışdan tərəf olduğunu göstərir”.  

  "Aslanlı yol"un hər 5 santimetrdən bir asimmetrik döşənmiş daşlardan düzəldildiyi nümayiş etdirilən videoda “Yolun iki tərəfində Virjinya növü ardıc ağacları var. Dörd mövsüm yarpaqlarını tökməyən ardıcların əkilməsinin səbəbi isə ziyarətçiləri şəhərin görüntüsündən uzaqlaşdıraraq Atatürkü ziyarətə hazırlamaqdır” məlumatı çatdırılıb.

  Atatürkün əziz məarının əbədi istirahətgahına türk əsgərinin çiyinlərində 10 noyabr 1953-cü ildə bu yoldan aparıldığı şərh olunan videonun axırında ulu öndərin “Türk əsarət qəbul etməyən bir millətdir. Türk milləti əsir olmayıb” sözləri yer alır.



Әlaqәli Xәbәrlәr