Fuad Oqtay ABŞ-ın 2018-ci ilә dair terror hesabatını tәnqid etdi

Türkiyә prezidentinin kömәkçidi  Fuad Oqtay bildirib ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ilә dair terror hesabatı Türkiyəni terror təşkilatlarına qatşı  apardığı mübarizədən vaz keçirmәyәcәk.

1300464
Fuad Oqtay ABŞ-ın 2018-ci ilә dair terror hesabatını tәnqid etdi

 

Türkiyә prezidentinin kömәkçidi  Fuad Oqtay bildirib ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ilә dair terror hesabatı Türkiyəni terror təşkilatlarına qarşı  apardığı mübarizədən vaz keçirmәyәcәk.

Türkiyәnin paytaxtı Ankarada  Ali Təhsil Şurasında keçirilən bir konqresə qatıldı  Fuad Oqtay  Amerika Birlәşmiş Ştatlarının Dövlət Departamentinin terrorla bağlı hesabatını tənqid etdi.

"Amerikanın hazırladığı terror hesabatı  dünən Nazirlər Kabinetinin iclasından sonra da  ifadә etdiyimiz kimi  nə Fәtullahçı Terror Tәşkilatı FETÖ-yә, nә dә separatçı terror tәşkilatı PKK-nın Suriya qolu olan YPQ-yә qarşı apardığımız mübarizәyә mane ola bilmәz’’,-deyә Türkiyә prezidentinin kömәkçisi vurğulayıb.

Fuad Oqtay hәmçinin qeyd edib ki, Türkiyә inkişaf etmәyә davam edәcәk.



Әlaqәli Xәbәrlәr