“Sülh çeşməsi”ndən sonra 74 min suriyalı vətəninə geri döndü", Y.Laerke

Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Koordinasiya Mərkəzinin sözcüsü Yens Laerke (Jens Laerke) “Sülh çeşməsi” hərəkatının reallaşdığı bölgəyə 23 oktyabrdan bu yana 74 min Suriya vətəndaşının geri döndüyünü bildirdi.

1296607

  Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə Y.Laerke bildirib: "Suriyanın şimal-şərqində başlanğıcda 180 min vətəndaş yerindən-yurdundan edilmişdi. Bunların 106 mini hələ qayıtmayıb, amma təxminən 74 min suriyalı geri dönüb.”

  Qeyd edək ki, “Sülh çeşməsi” hərəkatı Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə barış və hüzur gətirmək məqsədiylə 9 oktyabrda başlandı. 17 oktyabrda Türkiyə ilə ABŞ arasında hərəkatla bağlı 13 maddəlik ortaq bəyanat hazırlandı. 22 oktyabrda isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriyanın şimalı ilə əlaqədar 10 maddəlik müqavilə imzaladılar.

Әlaqәli Xәbәrlәr