Ankarada Türkiyə-Rusiya konfransı keçirildi

Türkiyənin paytaxtı Ankarada Türkiyə-Rusiya münasibətlərindən bəhs edən konfrans təşkil edildi.

1295475
Ankarada Türkiyə-Rusiya konfransı keçirildi

 

  Türkiyənin paytaxtı Ankarada Türkiyə-Rusiya münasibətlərindən bəhs edən konfrans təşkil edildi.

  Rusiyanın baş naziri Yevgeni Primakovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Türkiyə-Rusiya münasibətləri: gələcəyi formalaşdırmaq” adlı konfrans Rusiya Araşdırmaları İnstitutu (RUSEN), Rusiyanın Türkiyədəki Səfirliyi və Rusiya-İslam Dünyası Strateji Görüntü Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə keçirildi.

  Tədbirdə RUSEN-nin rəhbəri, Ankara Yıldırım Bəyazid Universitetinin professoru Salih Yılmaz, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov, Rusiya-İslam Dünyası Strateji Görüntü Qrupunun müşaviri, diplomat Veniamin Popov, Türkiyə Cümhuriyyəti Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi, siyasətçilər, alimlər, tələbələr və media nümayəndələri iştirak edirdi.   

  Açılış nitqi ilə çıxış edən Salih Yılmaz qonaqları salamladıqdan sonra konfransın məqsədi və əhəmiyyəti, Rusiya-Türkiyə iş birliyinin müasir görüntüsü və bu münasibətlərin günü-gündən necə inkişaf etdiyindən danışdı.  

  Səfir Aleksey Yerxov Rusiya-Türkiyə əlaqələrinin müasir dünya siyasəti və iqtisadiyyatının önəmli faktoru olduğunu vurğulayaraq: “Sağ olsaydı, 90 illiyini qeyd etdiyimiz Primakov bu əməkdaşlığı alqışlayardı”, - dedi. O, Ərdoğan və Putinin Yaxın və Orta Şərq məsələlərinin həlli üçün çox səy göstərdiklərini və bu məsələdə hər iksinin çox uğurlu siyasət yürütdüklərini də diqqətə çatdırdı.

  Veniamin Popov da çıxışında Türkiyə və Rusiya münasibətlərinin bölgə və dünyanın ortaq təhlükəsizlik, sülh və əmin-amanlığına xidmət etdiyini vurğuladı.  

  Türkiyə-Rusiya işbirliyinə İsmail Safi də münasibət bildirərək hər iki ölkənin Suriyada terrorla mübarizə aparan və sülh üçün çalışan ölkə olduqlarını nəzərə çatdırdı.    

  Nitqlərdən sonra mükafat mərasimi oldu. Rusiya-İslam Dünyası Strateji Görüntü Qrupu tərəfindən bu il ilk dəfə təsis edilən “Türkiyə-Rusiya Əlaqələrinə Töhfə” şərəf mükafatı verildi. Mükafat Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın, Prezident Aparatı İdarə İşləri şöbəsinin rəhbəri Metin Kıratlı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Cümhuriyyəti Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi, YÖK-ün direktoru Yekta Saraç və RUSEN-nin sədri Salih Yılmaza təqdim edildi.

  Daha sonra Salih Yılmaz və Rusiya Səfirliyinin müşaviri Aleksandr Sotniçenkonun sədirliyi ilə panel təşkil olundu. Avrasiya üzrə ekspert Aleksandr Dugin, Türkiyə Maarif Fondunun sədri Birol Akgün, o cümlədən, Əhməd Uysal, Veniamin Popov və Hakkı Uyqurun məruzələri dinlənildi.

  Tədbirin ikinci günündə (25 oktyabr) A.Duginin “Avrasiyada İslam dünyası” məruzəsi dinlənildi. Məruzədən sonra disput keçirildi, gələnlərin sualları cavablandırıldı.  



Әlaqәli Xәbәrlәr