"Məzlum Kobani 196 ölkədə qüvvədə olan qırmızı bülletenlə axtarışdadır", Ə.Gül

Ədliyyə naziri Əbdülhəmit Gül (terror təşkilatı PKK-nın Suriyadakı qolu) PYD-nin terrorçubaşlarından olan Məzlum Kobaninin 196 ölkədə qüvvədə olan qırmızı bülletenlə axtarışda olduğunu xatırlatdı.

1294856

ABŞ-a girdiyi anda saxlanılıb Türkiyəyə təhvil vərilməsinin vacibliyini dilə gətirən nazir Gül bildirib:

“Qırmızı xəttlə axtarışa verilmişdi. Bu da 196 ölkədə qüvvədədir. Dünən ABŞ-a bir daha çatdırıldı. Bu terrorçu ABŞ-a girdiyi anda saxlanılıb ölkəmizə təhvil verilməlidir. ABŞ da bu təhvil vərmə sazişinin tərəfi olduğundan terrorçubaşını təhvil verməlidir. ABŞ-a girdiyi anda müvəqqəti saxlanılması üçün lazım olan yazılar göndəriləcək.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da mövzu ilə bağlı açıqlamasında “Barəsində qırmızı bülleten olan birilə (terrorçu Məzlum Kobani) müttəfiqlərimizin görüş keçirməsi qəbuledilməzdir” deyib.

ABŞ-a mövzuya dair nota çatdırıldığını qeyd edən Çavuşoğlu “Əlaqə saxladığınız terrorçu barəsində İnterpolun qırmızı bülleteni var. Onunla əlaqə saxlamalarının qəbuledilməz olduğunu bildirdik” ifadəsini işlədib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp həmin terrorçunu “Twitter” vasitəsilə tərifləyərkən, senatorlar da onu Vaşinqtona qəbul edəcəklərini açıqlamışdılar.

Türkiyədəki bir çox qanlı terror aktı üçün göstəriş verdiyi məlum olan terrorçu 1997-2003-cü illər arasında isə, terror təşkilatının Avropadakı fəaliyyətlərinə nəzarət edirdi.

Әlaqәli Xәbәrlәr