Mövlud Çavuşoğlu beynəlxalq ictimaiyyәtә çağırış edib

Türkiyәnin xarici işlәr naziri  Mövlud Çavuşoğlu  beynəlxalq ictimaiyyәtә  Fələstin xalqına dәstәk vermәlәri ilә әlaqәdar çağırış edib.

1294059
Mövlud Çavuşoğlu beynəlxalq ictimaiyyәtә çağırış edib
cavusoglu baku filistin1.jpg

 

 

Türkiyәnin xarici işlәr naziri  Mövlud Çavuşoğlu  beynəlxalq ictimaiyyәtә  Fələstin xalqına dәstәk vermәlәri ilә әlaqәdar çağırış edib.

Mövlud  Çavuşoğlu  Azərbaycanın paytaxtı Bakidә keçirilәn XVIII Qoşulmama Hәrәkatının Fәlәstinlә bağlı Nazirlәr Komitәsinin iclasında iştirak edib.

İclasda çıxış edәn Mövlud Çavuşoğlu Fәlәstin mәsәlәsinә diqqәt çәkib vә  Fәlәstinә dәstәyin davam etmәsinin әhәmiyyәtinә işarә edib.

İsrailin işğal siyasәtinin davam etdiyini vurğulayan Mövlud Çavuşoğlu Fәlәstin xalqının fövqәladә vәziyyәt şәraitindә yaşadığını bildirib.

Müstәqil vә suveren  Fәlәstin dövlәtinin әhәmiyyәtinә diqqәt çәkәn Mövlud Çavuşoğlu deyib: ‘‘Beynәlxalq ictimaiyyәt Fәlәstin xalqını dәstәklәmәk üçün İsrailin iki dövlәtli hәll prosesinә zәrbә vurma cәhdlәrinә qarşı sәylәr göstәrmәlidir’’.

"Fәlәstin dövlətinin beynəlxalq ictimaiyyәt tərəfindən tanınması sülhün  bərqərar olması üçün әhәmiyyәtlidir. Fələstin dövlətini tanımayan bütün üzvləri bunu etməyə çağırıram",-deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

Türkiyәnin Birləşmiş Millətlər Tәşkilatının Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım fonduna maliyyә dәstәyi verdiyini bildirәn Mövlud Çavuşoğlu 2019-cu ildә Türkiyәnin bu çәrçivәdә fonda 10 milyon dollar vәsait ayırdığını deyib.

Mövlud  Çavuşoğlu  Türkiyənin  Qəzzadakı fələstinlilərin vəziyyətini yüngülləşdirmək üçün əlindən gələnin  etməyə davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr