İbrahim Kalın: ‘‘Avropa әsgәrlәrimizә minnәtdar olmalıdır’’

Bu barәdә İbrahim Kalın şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

1293282
İbrahim Kalın: ‘‘Avropa әsgәrlәrimizә minnәtdar olmalıdır’’

 

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın bildirib ki, Avropa Suriyada terrororçulara ağır zәrbәlәr endirәn Türk әsgәrlәrinә minnәtdar olmalıdır.

Bu barәdә İbrahim Kalın şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb. Şәxsi internet sәhifәsindә Almaniyanın Deutsche Welle radiosuna oktyabrın 21-dә  verdiyi müsahibәdәni bölüşәn İbrahim Kalın deyib: ‘‘ Avropa әsgәrlәrimizә minnәtdar olmalıdır. Әsgәrlәrimiz İdlibdәki mülki vәtәndaşları qoruyur. Şimali Suriyada terrorçulara ağır zәrbәlәr endirir. Regionun tәhlükәsizliyi üçün әhәmiyyәtli rol oynayır’’.

İbrahim Kalın bildirib ki,  amerikalılarla әldә olunan  razılaşmanın ilk mәrhәlәsi  ‘‘Sülh çeşmәsi’’(Barış Pınarı) әmәliyyatını müvәqqәti dayandırmaq, ikinci mәrhәlәsi  isә terror tәşkilatı YPQ/PKK terrorçularının tәhlükәsiz bölgәdәn çәkildiyindә әmәliyyata son vermәkdi.

İbrahim Kalın  qeyd edib ki, ‘‘Sülh çeşmәsi’’ (Barış Pınarı) әmәliyyatının hәdәflәrindәn biri bölgәnin terrorçulardan tәmizlәnmәsi vә qaçqınların evlәrinә geri qayıdmasını tәmin etmәkdir.

''Bu səbəbdən qaçqınların şəhər və qəsəbələrinə geri qayıdmaları üçün lazımi şəraiti yaratmaq istəyirik",-deyә İbrahim Kalın qeyd edib.

Almaniya xarici işlәr naziri Haiko Maasın әmәliyyatla bağlı mәnfi mövqeyinә münasibәt bildirәn İbrahim Kalın Türk hәrbçilәrinin bölgәdәki mövcudluğunun Suriyadakı siyasi prosesin irәlilәmәsi vә suriyalı qaçqınların ölkәlәrinә geri qayıdması baxımından әhәmiyyәtli olduğunu deyib.

"Avropalı dostlarımız bu təhlükəli və çox vacib işi gördüklərinə görə əsgərlərimizə minnətdar olmalıdırlar",-deyә Türkiyә Prezident Aparatının sözçüsü bildirib.



Әlaqәli Xәbәrlәr