Prezident Ərdoğan “Sülh Bulağı” əməliyyatına münasibət bildirib

Suriyanın şimalına istiqamətli başladılan və 9 gün davam edən “Barış Pınarı” əməliyyatıyla 1500 kvadrat kilometrlik ərazisi terror təşkilatının zülmündən azad edildi. Bunu Türkiyə Rəspublikası prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

1291595
Prezident Ərdoğan “Sülh Bulağı” əməliyyatına münasibət bildirib

Prezident Ərdoğan İstanbul Rizə Dərnəklər Federasiyasının təşkil etdiyi tədbirdəki çıxışında “Sülh Bulağı” əməliyyatına toxunub.

Ərdoğan: “Türk Silahlı Qüvvələrinin başlatdığı və 9 gün davam etdirdiyi əməliyyatda 765 terrorçu zərərsizləşdirildi və 1500 kvadrat kilometr ərazi terroristlərin zülmündən xilas edildi. Aralarında Rasulayn və Tel Abyadın da iştirak etdiyi 111 məskun mahala nəzarət ələ keçirildi. Bölgədə yaşayan qardaşlarımızın çətinliklərlə qarşılaşmamaları üçün başda qida, sağlamlıq və təhlükəsizlik olmaqla lazımlı tədbirlər həyata keçirilir. Qızıl Aypara, AFAT və Fövqəladə hallar idarəsi rəhbərliyi , Səhiyyə Nazirliyi və qeyri-hökumət təşkilatları yardım fəaliyyətlərinə başlayıb”.

Türkiyə və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında 17 Oktyabrda baş tutan danışıqlar nəticəsində terror təşkilatı PKK / YPG-nin 120 saat ərzində təhlükəsiz zonadan çıxarılması ilə bağlı əldə edilən razılığa da toxunan prezident “ Bu mütabiqətə əməl edilməməsi halında verdiyimiz 120 saatlıq möhlətin sonunda əməliyyata qalan yerdən davam ediləcək. Bizim tərəfimiz ABŞ-dır. Terrorçuların bölgədən çıxmalarını nəzərdə tutan razılıq ABŞ-Türkiyə arasındadır. Biz terror təşkilatı ilə yox, ABŞ ilə razılaşdıq. Türkiyə Sülh Bulağı əməliyyatı ilə Suriya sərhədində terror dəhlizi yaradılması uğrunda atılan addımlara məhv edici zərbə endirdi. Həmçinin imperialistin region ilə əlaqəli ssenariləri də darmadağın edildi. Bütün bunlar həm Türkiyənin öz təhlükəsizliyinin bərpası həm də Suriyanın ərazi bütövlüyünü təmin etmək uğrunda əhəmiyyətli addım atdığının göstəricisidir”-deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr