Çavuşoğlu: ““Sülh Bulağı” əməliyyatına yenidən başlaya bilərik”

Separatçı terror təşkilatı PKK / YPG / PYD üzvü terroristlər 120 saatlıq müddət ərzində Suriyanın şimal ərazilərini təxliyə etməzlərsə “Sülh Bulağı” əməliyyatı yenidən başlayacaq. Bunu Xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

1291764
Çavuşoğlu: ““Sülh Bulağı” əməliyyatına yenidən başlaya bilərik”

Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən "Qloballaşmanın böhranı: risklər və imkanlar" başlığı ilə İstanbul Konqres Mərkəzində təşkil edilən “TRT World Forum 2019”-da çıxış edən Xarici işlər naziri Mevlut Çavuşoğlu Suriyadakı münaqişənin siyasi yollarla həll ediləcəyinə güclü inamının olduğuna diqqət çəkib. O: “ Türkiyədəki Suriyalılardan 360 mini terrordan təmizlənən bölgəyə qayıdıb. Sahədə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə təhlükəsiz zona yaratmaq uğrunda addımlar atarkən, bu ölkə PKK / YPG / PYD-yə silah verməkdə davam etdi. Türkiyə müttəfiqlərinin bu addımları qarşısında Sülh Bulağı  əməliyyatını öz imkanları və gücü ilə başlatmaq məcburiyyətində qaldı. Əməliyyatda yalnız terrorçular hədəfə götürüldü. Dinc sakinlərin təsirlənməmələri üçün lazımlı tədbirlər həyata keçirildi. Ancaq əməliyyat başladığı gündən bəri (9 Oktyabr) gerçək olmayan ittihamları və təbliğatlar ilə qarşılaşdıq. Türk-Kürd şəklində ifadələr səsləndirilir. Bu səhvdir. Bizim Kürdlərə qarşı mövqeyimiz yoxdur. İraqın şimalındakı Küdrlərlə güclü əlaqələrimiz var. Türkiyə ən az 350 min Suriyalı Kürdə ev sahibliyi edir. Kimyəvi silah istifadə etdiyimizi irəli sürənlər var. Biz tariximizdə belə bir şeydən istifadə etmədik. Bunlar əleyhimizə təbliqatdır. inventarda heç vaxt kimyəvi silahımız olmadı. "PKK / YPG / PYD terrorçuları əslində sərhədlərimizin digər tərəfində terror dövləti yaratmağa çalışırdılar və biz bu oyunu pozduq. Sabah Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcəyik. Əhəmiyyətli görüş olacaq. Terroristlərin bölgədən çıxmaları üçün 35 saat qaldı. Bu müddət ərzində çıxmazlarsa əməliyyat yenidən başlayacaq”-deyə Çavuşoğlu bildirib.



Әlaqәli Xәbәrlәr