"Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq", H.Akar

ABŞ ilə  Suriyanın şimalı mövzusunda 17 oktyabrda əldə edilən razılaşmada bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq.

1291937
"Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq", H.Akar

ABŞ ilə  Suriyanın şimalı mövzusunda 17 oktyabrda əldə edilən razılaşmada bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq.

Bunu milli müdafiə naziri Hulusi Akar İstanbulda təşkil edilən “TRT World Forum”da etdiyi çıxışda dedi.

Akar çıxışında Türkiyənin əməliyyatla hədəfinin sərhədlərini qorumaq, Suriyanın şimalındakı terror dəhlizinin yox etmək, PKK/YPG, DEAŞ və bütün digər terror təşkilatlarını zərərsizləşdirmək və bütün etnik qrupların evlərinə qayıtmasını təmin etmək olduğunu söylədi.

Suriyanın ərazi bütövlüyünün qorunmasının da Türkiyənin prioriteti olduğunu vurğulayan Akar ABŞ ilə 17 oktyabrda qəbul edilən razılaşma çərçivəsində hərəkatın 120 saatlığına dayandırıldığını xatırlatdı.

YPG/PKK terrorçularının təhlükəsiz bölgədən çəkilməsini yaxından izlədiklərini ifadə edən Hulusi Akar bunları söylədi:

"Ağır silahların toplanması, terror təşkilatının bütün mövqelərinin məhv edilməsi və bütün digər şərtlər yerinə yetirilməsindən sonra, geri çəkilmənin də vaxtında olması ilə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq. YPG Türkiyənin bəzi müttəfiqlərindən çox ciddi səviyyədə maddi dəstək aldığı görünür. YPG-yə verilən hər silahın lüləsi Türkiyəyə yəni bir NATO müttəfiqinə çevrilir. PKK və YPG kürd və suriyalı qardaşlarımızı heç bir şəkildə təmsil edə bilməz".

Forumdan sonra “Sülh çeşməsi” əməliyyatına fasilə k verilməsilə ilə bağlı jurnalistlərin suallarını cavablandıran Akar düşməncəsinə mövqe, təcavüz və hücumlara qarşı özünümüdafiə hüququnun hər zaman qüvvədə olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr