"Onların böyük oyununu pozduğumuz üçün təşvişə düşüblər", M.Çavuşoğlu

Azərbaycanın paytaxtı Bakıda Qlobal Jurnalistlər Şurası tərəfindən təşkil edilən ziyafətə qatılan nazir burada etdiyi çıxışında deyib...

1288139
"Onların böyük oyununu pozduğumuz üçün təşvişə düşüblər", M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyada Fərat çayının şərqində icra edilən “Sülh çemşəsi” (Barış Pınarı) hərəkatına ən çox reaksiya verən ölkələrin Suriyanı bölüb terror dövləti qurmaq və Türkiyəni sabitliksizləşdirmək istədiklərini söylədi.

  Azərbaycanın paytaxtı Bakıda Qlobal Jurnalistlər Şurası tərəfindən təşkil edilən ziyafətə qatılan nazir burada etdiyi çıxışında deyib:

  "Türkiyədə, Suriyada və İraqda kürd qardaşlarımızın böyük əksəriyyəti terror təşkilatının ideologiyasını qəbul etmir, dinclik və barış istəyir. Terror təşkilatı PKK ilə kürdləri bir tutmamaq lazımdır. Ən çox bağıran ölkələrə baxdığımızda burada Suriyanı bölüb terror dövləti qurmaq, İranın önünü kəsmək, Türkiyəni sabitliksizləşdirmək istədiklərini görürük. Bunu çox açıq və dəqiq söyləyirik. Fransa başda olmaqla bir sıra ölkələrin burada bir terror dövləti qurmaq istədiyini bilirik. Biz böyük bir oyunu pozduğumuz üçün onlar son dərəcə təşvişə düşüblər. Amma biz rahatıq, çünki terror təşkilatı ilə mübarizə aparırıq.

  Terrorla mübarizədə sadə insanlara qarşı çox həssas davranırıq. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında türk əsgərinin hümanist həssaslığını bütün dünya gördü”.



Әlaqәli Xәbәrlәr