R.T.Ərdoğan: '' ABŞ әsgәrlәrinin Suriyanın cәnubuna doğru çәkilmәsin müsbәt qarşılayırıq''

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VII sammitində iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya sәfәr etmәzdәn әvvәl  İstanbul Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

1287645
R.T.Ərdoğan: '' ABŞ әsgәrlәrinin Suriyanın cәnubuna doğru çәkilmәsin müsbәt qarşılayırıq''

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VII sammitində iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya sәfәr etmәzdәn әvvәl  İstanbul Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

Mətbuat konfransındakı çıxışında  Türk Şurasının VII sammitinә toxunan Türkiyә prezidenti deyib: ‘‘Türk dünyası arasındakı həmrəyliyin hər ötәn  gün daha da möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bizi sevindirir’’.

Әrdoğan sammitdә Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə Türkiyә  Silahlı Qüvvətləri  tərəfindən Suriyanın şimalında YPG/PKK və DEAŞ terror təşkilatlarına qarşı başlanılan və Suriya Milli Ordusunun dәstәklәdiyi ‘‘Sülh çәşmәsi’’ әmәliyyatı ilә bağlı әtraflı mәlumat verәcәklәrini vurğulayıb.

Kobanidәki vәziyyәtә dә toxunan dövlәt başçısı deyib:  ‘‘Hazırda Kobanide bir problemin yaşanacağını düşünmürük’’.

Xarici mətbuat orqanlarının әmәliyyat ilә bağlı yaydığı xәbәrlәri dә qiymәtlәndirәn Rәcәb Tayyib Әrdoğan bildirib ki,  bunların taktikası hәr zaman belәdir. Hazırda da eyni taktikanı tәtbiq edirlәr.

 ABŞ әsgәrlәrinin Suriyanın cәnubuna doğru çәkilmәsini  müsbәt qarşıladıqlarını ifadә edәn Әrdoğan deyib: ‘‘Bunu müsbәt qarşılayırıq. Dünən Almaniya kansleri  Angela Merkel ilə iki gün әvvәl dә  İngiltərə baş naziri Boris Conson ilə görüşdüm.  Hәyata keçirilәn görüşlәrdә onların bir çox həqiqəti bilmədiklərini gördüm vә onlara  həqiqətləri danışdım".

"Bizim kürdlərlə döyüşmәk  kimi bir niyyətimiz yoxdur",-deyәn  Ərdoğan qeyd edib ki, biz dövlәtik. Qarşımızda bir terror tәşkilatı var. Bu sәbәbdәn terror tәşkilatına qarşı mübarizә aparırıq.



Әlaqәli Xәbәrlәr