Mövlud Çavuşoğlu: ‘‘Türkiyәnin hәdәfi aydındır’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının mәqsәdinin  Türkiyənin milli təhlükəsizliyinə  tәhdid tәşkil edәn terror tәşkilatlarını mәhv etmәk vә Suriyanın ərazi bütövlüyünü  təmin etmək olduğunu bildirdi.

1287902

Mövlud Çavuşoğlu bu barәdә  Azərbaycanın paytaxtı Bakıda təşkil olunan Türk Şurasının xarici işlər nazirləri toplantısında bildirib.

Əməliyyatın hədəflərinin son dərəcə aydın olduğunu vurğulayan Çavuşoğlu deyib: ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının mәqsәdi Türkiyənin milli təhlükəsizliyinə  tәhdid tәşkil edәn terror tәşkilatlarını mәhv etmәk, Suriyanın әrazi bütövlüyünü tәmin etmәk, yerli xalqı PYD/YPG-dәn xilas etmək və suriyalı qaçqınların evlərinə təhlükəsiz və könüllü şəkildə qayıtması üçün zəmin hazırlamaqdır. Bu yalnız bizim üçün deyil, başda Avropa olmaqla hamımız üçün mühümdür".

Məsələnin tranzit ölkə mövqeyindəki Macarıstan üçün də əhəmiyyətli olduğunu ifadə edən Çavuşoğlu bildirib ki, Әmәliyyat zamanı yalnız terror tәşkilatının üzvlәri hәdәfә alınacaq, mülki vәtәndaşların zәrәr görmәmәlәri üçün maksimum sәylәr göstәrilәcәk.

"Suriyanın birliyini və ərazi bütövlüyünü tәmin etmәk  ən böyük istәyimizdir’’,-deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

Әlaqәli Xәbәrlәr