"Biz niyə Suriyadayıq?" R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terror dövlətinin qurulmasına imkan verməyəcəklərini vurğuladı.

1287550
"Biz niyə Suriyadayıq?" R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terror dövlətinin qurulmasına imkan verməyəcəklərini vurğuladı.  

  Paytaxt Ankarada media mənsubları ilə bir araya gəldiyi toplantıda Suriyada Fərat çayının şərqində separatçı terror təşkilatları YPG/PKK və DAEŞ-ə qarşı aparılan “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə bağlı bir daha bəyanat verən Ərdoğan çıxışında bunları söyləyib:  

  “Almaniya kansleri Angela Merkellə də telefonda danışdıq. Prioritetimiz bu problemi bölgədə olan müttəfiqlərimizlə birgə həyata keçirmək, həll etməkdir.

  Ən az itkiylə, ən az acıyla bu prosesi tamamlamaq istəyirik.  

  YPG/PKK Suriyanın şimalında işğal etdiyi yerlərdən Türkiyəyə bu zamana qədər 652 dəfə silah atıb: əksəriyyəti uşaq olmaqla 18 vətəndaşımız şəhid olub, 147 nəfərin yaralanıb.

  Hərəkatın başından bu yana zərərsizləşdirilən terrorçuların sayı 490-ı keçib. Bu əməliyyatda ən böyük dəstəyi Suriya kürdlərindən alırıq. Hərəkat sahəsində 2 Türkiyə əsgəri, 16 Suriya Milli Ordusu əsgəri şəhid olub.

  Suriyanın şimalında terror dövlətinin qurulmasına imkan vermirik, verməyəcəyik də.

  Niyə Suriyadayıq? Hökumət (Suriya) terrorçuya qarşı ayaqda dura bilsin deyə.

  Bu zamana qədər nəzarətə alınan sahənin böyüklüyü 109 kvadrat kilometrdir. Hərəkatımızın məqsədinin Suriya xalqı və oradakı kürdlər deyil, terrorçular olduğu açıq-aşkar ortadadır.

  Türkiyənin hərbi gücü, əgər hümanist həssaslığımız olmasa, terror təşkilatını bütün əməliyyat sahəsində bir neçə günə yerlə yeksan etməyə qadirdir. Amma biz tək bir məsumun belə burnunun qanamamasına səy göstəririk.

  Bu məsələ Türkiyə üçün bir əbədiyyət məsələsidir.

  Türkiyədəki beynəlxalq dövlət nümayəndələri ilə həftə ərzində Ankarada bir toplantı keçirəcəyik.

  Bizimlə terror təşkilatı arasında vasitəçilik yaratmaq istəyənlər var. Bunlar necə baş nazirdir, necə dövlət rəhbəridir, anlamaq mümkün deyil. Bizim terrorçuya baxışımızla insana baxışımız fərqlidir. Nə zaman biz bir dövlətin terror təşkilatıyla bir masaya oturduq?”



Әlaqәli Xәbәrlәr