İbrahim Kalın amerikalı senatora reaksiya göstərdi

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-da Respuklikaçı senator Lindsey Qrehemin Türkiyənin “Amerikanın ən etibarlı müttəfiqlərindən kürdlərə” hücum etdiyi iddiasına reaksiya göstərdi.

1286463
İbrahim Kalın amerikalı senatora reaksiya göstərdi

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-da Respuklikaçı senator Lindsey QreheminTürkiyənin “Amerikanın ən etibarlı müttəfiqlərindən kürdlərə” hücum etdiyi iddiasına reaksiya göstərdi.

Sözçü Kalın şəxsi “Twitter” səhifəsində Türkiyənin cənub sərhədində yaradılmağa cəhd göstərilən terror koridorunu məhv etmək və bölgəyə sülh və dinclik gətirmək məqsədilə başlatdığı “Sülh çeşməsi” hərəkatını hədəf alan senatora cavab verərək bildirdi:

“Kürdlər bu bölgənin ayrılmaz hissəsidir, sizin elçilik vasitəçiniz deyildir. Onlara qarşı marağınız, öz imperial və təcavüzkar gündəmizini yürütmək üçündür. Siz PKK-nın dostusunuz, kürdlərin deyil. Həqiqətdən daimi dostunuz oldumu heç?”

Qeyd edək ki, senator Qrehem İsrailin baş naziri Netanyahunun “Türkiyənin Suriyanın şimal-şərqində kürdlərə etnik təmizlik tətbiq edəcəyi “iddiaları ilə əlaqədar” “Suriyanın şimal-şərqində ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kürdlərə Türkiyənin hücumu ABŞ və İsrail üçün bir qarabasmadır” məsajını paylaşım etmişdi.



Әlaqәli Xәbәrlәr