Türkiyə prezidenti "#OurVoiceErdoğan" başlığı ilə “Trend Topic”in birincisi oldu

Qısa müddətdə "Trend Topic" siyahısında ilk sıraya keçən etiket yerli və əcnəbi bir çox “twitter” istifadəçisi tərəfindən paylaşılıb.

1275732
Türkiyə prezidenti "#OurVoiceErdoğan" başlığı ilə “Trend Topic”in birincisi oldu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media saytı “twitter”də "#OurVoiceErdoğan" (bizim səsimiz Ərdoğandır) haştağı ilə “Trend Topic” oldu.

  Ərdoğanın Amerika Birləşmiş Ştatlarında davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) 74-cü məclisində 25 sentyabrda etdiyi çıxışı qabağı “twitter”də açılan "#ourvoiceerdogan" başlıqlı etiket böyük maraq doğurub. Qısa müddətdə "Trend Topic" siyahısında ilk sıraya keçən etiket yerli və əcnəbi bir çox “twitter” istifadəçisi tərəfindən paylaşılıb.

  Dünyanın dörd bir yanından, Türkiyə türkcəsi, ingiliscə və ərəbcə başda olmaqla, müxtəlif dillərdəki paylaşmalarda prezident Ərdoğanın fərq qoymadan məzlum və əlillərin yanında dayandığı, beynəlxalq sistemdəki haqsızlıq və ədalətsizliklərə qarşı etirazını hər platformada cəsarətlə dilə gətirməsi vurğulanıb.



Әlaqәli Xәbәrlәr