Rәcәb Tayyib Әrdoğan Antonio Quterreşlә görüşüb

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin  74-cü sessiyasına qatılmaq üçün Amerika Birlәşmiş Ştatlarının Nyu York şәhәrinә sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan BMT-nin baş katibi Antonio Quterreşlә bir araya gәlib.

1276227
Rәcәb Tayyib Әrdoğan Antonio Quterreşlә görüşüb

 

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin  74-cü sessiyasına qatılmaq üçün Amerika Birlәşmiş Ştatlarının Nyu York şәhәrinә sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan BMT-nin baş katibi Antonio Quterreşlә bir araya gәlib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Mәkәzi Qәrargahında baş tutan görüş mәtbuata qapalı keçirilib.

BMT-dәn görüşlә bağlı verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Baş katib Antonio Quterreş vә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan iqlim dәyişikliyi ilә mübarizә mövzusu әtrafında fikir mübadilәsi aparıblar. Görüşdә Kipr, Suriya, Liviya daxil olmaqla birgә narahatlıqlar dilә gәtirilib’’.

Prezident Ərdoğan Nyu-Yorkda  Mədəniyyətlər İttifaqı ilə Türk Hava Yolları (THY) arasında əməkdaşlığa dair әldә olunan  protokolun imza mərasimində də iştirak edib.

BMT Mәrkәzi Qәrargahında baş tutan tәdbirdә prezident Ərdoğanla  yanaşı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Hava Yolları idarə heyəti və icraçı komitəsinin rəhbəri İlker Aycı ilə BMT-nin mədəniyyətlər ittifaqı üzrə ali nümayəndəsi Miqel Moratinos da iştirak ediblәr.

Digər tərəfdən  Rəcəb Tayyib Ərdoğan  İngiltәrәnin baş naziri  Boris Consonu da  qəbul edib. Birlәşmiş Millәtlәr Tәşkilatının Mәkәzi qәrargahında baş tutan görüş mәtbuata qapalı keçirilib. Görüşdә Türkiyәnin xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik, Milli Kəşfiyyat İdarәsinin rəhbəri Hakan Fidan, Prezident Aparatının komminikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun, Prezident Aparatının sözçüsü İbrahim  Kalın da iştirak ediblәr.

Rәcәb Tayyib Ərdoğanın  Qətər Əmiri Şeyx Təmim Bin Hәmmad әl Sani  və Somali prezidenti Məhəmməd Abdulla Farmajo ilə BMT-nin Mәrkәzi Qәrargahında baş tutan görüşlәri dә mәtbuat üçün qapalı keçirilib.

Ərdoğan  həmçinin  Albaniya baş naziri  Edi Rama, Parlamentlәrarası dostluq qrupunun sәdri  Gabriela Cuevas Barronu da qəbul edib.

Türkiyә prezidenti BMT-nin Mәrkәzi Qәrargahında hәmçinin İtaliyanın baş naziri Cuzeppe Konte ilә dә görüşüb.

Mətbuata bağlı keçirilәn görüşdә Türkiyәnin әtraf mühit və şəhərsalma naziri Murad Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar da iştirak ediblәr.

ABŞ Prezidenti Donald Tramp  Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin  74-cü sessiyasına qatılan nümayәndә heyәtlәrinin rәhbәrlәrinin şәrәfinә ziyafәt verib.

Ziyafәtә prezident Rәcәb Tayyib Әrdoğanın da qatıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr