Abdullah Eren: "YTB üzünü Türkiyəyə çevirən millətlərin təşkilatıdır"

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) sədri Abdullah Eren bu idarənin yeni nəslin Türk dili və mədəniyyətini öyrənməsinə töhvə verdiyini söylədi.

1275382
Abdullah Eren: "YTB üzünü Türkiyəyə çevirən millətlərin təşkilatıdır"

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) sədri Abdullah Eren Kanadanın Toronto şəhərinə səfər etdi.

Eren Torontoda onu müşayiət edən heyətlə birlikdə bosniyalılara aid məscid və icma mərkəzində oldu.
 
 Türkiyənin Torontodakı baş konsulu Sinəm Minqan və Toronto Təhsil Attaşesi Bülənd Çiftçi ilə baş konsulluqda Türk cəmiyyətinə aid dərnək və fondların nümayəndələri ilə ayrı-ayrılıqda görüşən Eren daha sonra Anadolu İslam Mədəniyyət Mərkəzinə gedərək buranın rəhbər şəxsləri ilə görüşdü.
 
 Anadolu İslam Mədəniyyət Mərkəzinin sədri Asım Xoca  mərkəzlərinin Kanadada YTB ilə birgə layihələr həyata keçirən qeyri-hökumət təşkilatlarından biri olduğunu söylədi.
 
 Xoca yeni dövrdə də YTB-nin dəstək verdiyi layihələrlə Türk və digər icmalardan olan gəncləri proqramlara cəlb edəcəklərini qeyd etdi.
 
Abdullah Eren burada etdiyi çıxışında YTB-nin işləri və layihələri ilə bağlı məlumatlar verdi.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" açıqlaması ilə ümidləri yenidən cücərən məzlum millətlərin artıq səslərini dünyaya eşitdirən Türkiyəyə çevirdiyini bildirən Eren: "YTB də üzünü Türkiyəyə çevirən millətlərin təşkilatıdır. Xaricdə yaşayan Türklərin ən mühüm problemləri, yeni nəslin Türk dili və mədəniyyətini öyrənməsidir. Hazırladığımız layihələrlə bu problemin mümkün qədər yüngülləşdirilməsinə kömək edirik" dedi.
 
YTP sədri Kanada daxilində müxtəlif dərnək və fondlarla müxtəlif layihələr həyata keçirdiklərini xatırladaraq, bu il də daha çox layihə həyata keçirməyi nəzərdə tutduqlarını sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr