Diyarbәkirdә törәdilәn terror hücumu ilә bağlı beş nәfәr hәbs edilib

Türkiyәnin Diyarbәkir şәhәrinin Kulp qәsәbәsindә törәdilәn terror hücumu ilә  әlaqәdar 5 nәfәr hәbs edilib.

1270662
Diyarbәkirdә törәdilәn terror hücumu ilә bağlı beş nәfәr hәbs edilib

 

 

Türkiyәnin Diyarbәkir şәhәrinin Kulp qәsәbәsindә törәdilәn terror hücumu ilә  әlaqәdar 5 nәfәr hәbs edilib.

Terror tәşkilatı PKK-nın sentyabrın 12-dә Diyarbәkirin Kulp qәsәbәsinin Ağaçkorur kәndindә odun toplamağa gedәn kәndlilәrә tәşkil etdiyi hücumla әlaqәdar istintaqın davam etdirildiyi bildirilib.

İstintaq çәrçivәsindә Polis İdarәsinin terrorla mübarizә şöbәsinin әmәkdaşları tәrәfindәn keçirilәn әmәliyyat nәticәsindә bir qadın da saxlanılıb.

Mәlumata görә, hücumla әlaqәdar saxlanılanlar hәbs ediliblәr.

Saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının Kulp üzrә bәlәdiyyә sәdri Mehmet Fatih Taş,  HDP-nin rayon üzrә sәdri Abidin Karaman, Kulp bәlәdiyyәsinin әmәkdaşı Şener Aktaş vә Mehmet Әmin Ay var.

Qeyd edәk ki, terror tәşkilatı PKK Diyarbәkirin Kulp qәsәbәsinin Ağaçkorur kәndindә sentyabrın 12-dә odun toplamağa gedәn kәndlilәrә hücum tәşkil edib, nәticәdә 7 nәfәr şәhid olub, 10 nәfәr dә xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr