Liderlər üçtərəfli görüş çərçivəsində mətbuat konfransı keçirdilər

Prezident Rəcəb  Tayyib Ərdoğan Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması mövzusunda Rusiya və İranla tam razı olduqlarını söylədi.

1270537
Liderlər üçtərəfli görüş çərçivəsində mətbuat konfransı keçirdilər

Prezident Rəcəb  Tayyib Ərdoğan Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması mövzusunda Rusiya və İranla tam razı olduqlarını söylədi.

 Prezident Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Çankaya Köşkündə üçtərəfli zirvə yığıncağı çərçivəsində paytaxt Ankarada birgə mətbuat konfransı təşkil etdilər.

 Ərdoğan mətbuat konfransında zirvə yığıncağının Suriyadakı yanğını söndürmək üçün təsirli həll yolları ortaya qoya və konkret addımlar ata biləcək tək təşəbbüs olduğunu ifadə etdi.

 Ərdoğan Ankara Zirvəsinin Astana prosesinə yeni bir istiqamət qazandıracağına inandığını qeyd etdi.

 "Suriyada sülhün təmin edilməsi üçün daha çox məsuliyyət götürməliyik. Fərat çayının şərqindəki terror bataqlığını qurutmalı və səylərimizi davam etdirməliyik" deyə Ərdoğan vurğuladı.

 Ərdoğan sahədəki vəziyyəti, xüsusən İdlibdəki vəziyyəti, Fərat çayının şərqindəki hadisələri, siyasi prosesdəki mərhələni və suriyalı qaçqınlar məsələsini müzakirə edəcəklərini bildirdi.

 Prezident Ərdoğan dedi:

"Sentyabrın 15-i Çobanbeydəki xəstəxananı hədəf alan terror hücumu  terror təşkilatının PKK vəhşicəsinə üzünü bir daha nümayiş etdirdi".

 İran prezidenti Ruhani öz növbəsində "İran Suriya böhranının yalnız siyasi yolla həll olunacağına və bunun Suriya xalqının iştirakı ilə mümkün olacağına inanır"  dedi.

 Ruhani "ABŞ-ın Suriyada əsgərlərinin olması qanuni deyil, ABŞ qüvvələri bölgəni yaxın zamanda tərk etməlidir" deyə bildirdi.

Rusiya prezidenti Putin isə öz növbəsndə dedi:

 "Birgə səylərimiz Suriyada sabitliyi təmin etdi və zorakılıq azaldı. Suriyadakı xaosu həll etmək üçün bir addım atdıq".



Әlaqәli Xәbәrlәr