Terrora ''Dayan!'' çağırışı

Yaşamaq və əmək hüququna, ictimai, siyasi həyata hücum edən terrora ''Dayan!'' deməyə çağırırıq.

1269438
Terrora ''Dayan!'' çağırışı

 

Terror tәşkilatı PKK əzmlə davam etdirilən mübarizә nәticәsindә böyük ölçüdә mәğlub edilsә dә, mülki vәtәndaşlara qarşı hücumlarını artırır.

İnsanlatın yaşamaq haqqına qəsd edən terroçular, eyni zamanda, onların əmək hüquqlarını da əllərindən alırlar.Terror tәşkilatı bölgәdә dövlәt qulluqçularına, müәllimlәrә, tәhlükәsizlik xidmәtinin әmәkdaşlarına,  siyasәtçilәrә vә fәhlәlәrә qarşı hücumlarını davam etdirir.

PKK terror tәşkilatı inşaat sahәlәrinә basqın təşkil edәrәk fәhlәlәri qәtlә yetirdi. Terror tәşkilatının üzvlәri  sәhiyyә işçilәrini  girov götürdülər, bank filialının qarşısında pul çəkmək üçün növbədə dayanan bir polkovniki, dәmir yolu işçilәrini, heyvanlarını otaran kәndlini vә elektrik işçilәrini şәhid etdilər.

Әli qanlı terrorçular işә gedәn vәtәndaşları, imamları vә polis әmәkdaşlarını şәhid etdilər.

Terror təşkilatı PKK

Batmanda müəllim Şenay Aybüke Yalçını,

Әdalәt vә İnkişaf  Partiyasına üzvləri   Orxan Mərcan və Ziya Ahini,

Hakkarinin  Yüksekova rayonunun  Çobanpınar bölgəsində 4 fəhləni,

Şanlıurfanın  Siverek qәsәbәsindә  müəllim Nəcməddin Yılmazı,

Şırnakın Aslanbaşar kəndində heyvanlarını otaran Tayyib Fidanı,

Trabzonda 15 yaşlı Ərən Bülbülü, polkovnik  Fərhad Qediyi vә çox sayda fəhləni  qətlə yetirdi.

Terror tәşkilatı  növbәti hücumunu Türkiyәnin Diyarbәkir şәhәrinin Kulp qәsәbәsindә törәtdi. Terror tәşkilatının kustar üsulla hazırlanmış partlayıcı ilә törәtdiyi hücum nәticәsindә 7 nәfәr şәhid oldu, 10 nәfәr dә ağır yaralandı.

Terror tәşkilatının üzvlәri hәyata keçirdiklәri xain hücumla Kulp qәsәbәsinin Ağaçkorur  kәndindәki meşәlik sahәdә işlәyәn 7 fәhlәni qәtlә yetirdilər.

Əmək hüququ bütün insanların doğulduğu andan etibarәn malik olduqları haqdır və insanlıq ləyaqətinin ayrılmaz bir hissəsidir. 

Hər bir insan ləyaqətli şəkildə yaşamağa, əmək hüququna malikdir. Hәm qanunlarımız, hәm dә  beynəlxalq sazişlər әmәyin  təməl haqq olduğunu vurğulayır.  Terror təşkilatı PKK  özəl sektor işçilərini, vә ya dövlәt  qulluqçularını hәdәlәyәrәk, oğurlayaraq vә qətlə yetirərək insanların  əmək haqlarını әllәrindәn alır.

Biz, aşağıda imzası olanlar;

Həyat və əmək haqları başda olmaqla, insan hüquqlarının təmin edilməsinin qarşısını alan terrorun әn qısa zamanda  dayanmasını istəyirik. Müəllimlərə, siyasətçilərə, dinc əhaliyə, fәhlәlәrә vә  tibb işçilәrinә  qarşı zorakılıq yalnız  zorakılığa məruz qalanları deyil, xalqımızı da hədəf alır. PKK terror təşkilatının әmәkçi insanlara  və mülki vәtәndaşlara qarşı hücumlarını lənətləyirik.

Terror təşkilatının törətdiyi bu qətliamın məqsədlərindən biri də Diyarbəkirdə HDP  binası qarşısında övladlarını terror təşkilatından  xilas etmək istəyən anaları qorxudub susdurmaqdır.

Beynəlxalq hәmkarlar  ittifaqlarının, Aİ qurumlarının, ölkəmizdə hər mövzuya münasibәt bildirәn  səfirliklərin və insan hüquqları təşkilatlarının bu cinayətlərə göz yummalarını qınayırıq.

Demokratiyanı və insan haqlarını müdafiə etdiyini iddia edən həmkarlar ittifaqlarını, peşə təşkilatlarını, siyasi partiyaları, alimləri, jurnalistləri, müğənniləri, aktyorları, insan hüquqları  təşkilatlarını PKK-nın törәtdiyi cinayәtlәrә  qarşı səslərini ucaltmağa dәvәt edirik.

Türkiyədə  azadlıq, rifah və sülh şəraitində yaşamaq istəyən hər kəsi PKK-nın cinayәtlәrinә qarşı səsini ucaltmağa dəvət edirik.

Ölkә ictimaiyyətinə hörmətlə müraciәt edirik.

Əli Yalçın- Memur-Sen Eğitim Bir-Sen-in sədri

Mahmud Arslan- Hak-İşin sədri

Bayram Bozal- Türk Harb-İş həmkarlar ittifaqının sədri

Settar Aslan- Öz Orman-İşin sədri

Semih Durmuş - Sağlık-Senin sədri

Məhəmməd Bayraktutar- Diyanet-Senin sədri

Metin Yılancı - Büro Memur-Senin sədri

Levent Uslu-  Bem-Bir-Senin sədri

Hüseyn Öztürk - Toç-Bir-Senin sədri

Ömər Budak-  Birlik Haber-Senin sədri

Hacı Bayram Tonbul-  Enerji-Bir-Senin sədri

Sonar Can Tufanoğlu-  Bayındır Memur-Senin sədri

Kənan Şərəfli  - Ulaştırma Memur-Senin sədri

Məcid Ərdoğan-  Kültür Memur-Senin sədri

Professor Şafak Ertan Çomaklı -Anadolu Universitetinin rektoru

Professor  Həsən Yücel Başdemir- Ankara Universitetinin  müəllimi

Dr. Məhəmməd Enes Kala- Yıldırım Bәyazit Universitetinin müәllimi

Professor Musa Kazım Arıcan- Yıldırım Bәyazit Universitetinin müәllimi

Professor  Atilla Yayla- İstanbul Medipol Universiteti

Tarkan Zəngin -  ‘‘İş həyatı’’ üzrə mütəxəssis

Fadime Özkan -''Star''  qəzetinin jurnalisti

Doktor İsmayıl Çağlar - İstanbul Mədəniyyət Universiteti

Doktor Adnan Küçük - Kırıkkale Universitetinin müəllimi

Doktor Nərgiz Dama - Yıldırım Beyazit Universitetinin müəllimi

Doktor Yaqub Ömeroğlu - Avrasiya Yazıçılar Birliyi

Professor  Mehmet Şahin - politoloq

Dr. Rəhman Ademi -Yıldırım Beyazit Universitetinin müəllimi

Dr. İraz Haspolat Kaya - Ankara Universitetinin  müəllimi

Vəkil   Əhməd Akcan - Türkiyə Hüquq Platformasının baş katibi

Mustafa Kartoğlu -''Akşam'' qəzetinin baş redaktoru

Həsən Öztürk -  ÜLKE TV-nin baş redaktoru

Professor Mehmet Öz - Hacettepe Universitetinin  müəllimi

Mehmet Çetin- yazıçı

Doktor Nəcməddin Türinay-yazıçı

Mərvə Şəbnəm Oruc-jurnalist

İhsan  Aktaş-yazıçı

Selim Cerrah-yazıçı

Professor  H. Aliyar Demirci - Pamukkale Universiteti

Professor Mehmet Evkuran- müəllim

Dr. Murat Yılmaz-politolos

Nuri Karaman - Hüquqi Araşdırmalar Dərnəyinin  Giresun şöbəsinin sədri

İhsan Ayal- Mədəniyyət Universiteti

Doktor Mehmet Sarı- vəkil

Halimə Kökce - ''Star'' qəzetinin jurnalisti

Hale Kaplan Öz -  ''Star'' qəzetinin jurnalisti

Məmməd Acet -  ''Kanal 7''nin  Ankara üzrə nümayəndəsi

Ersin Çelik - ''Yeni Şafak'' qəzetinin jurnalisti

Doktor Can Ceyran -  İstanbul Medipol Universiteti

Professor Fırat Purtaş- Hacıbayram Vəli Universitetinin müəllimi

Akın  Özçer-yazıçı

Doktor Cem Qorqud - Yıldırım Beyazit Universitetinin müəllimi

Məhəmməd Toğrul- Yıldırım Beyazit Universitetinin müəllimi

Dr. Nuru Salık-Yıldırım Beyazit Universitetinin müəllimi

Mehmet Kurtoğlu- şair, yazıçı

S. Burhanettin Kapusuzoğlu- yazıçı



Әlaqәli Xәbәrlәr