"Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan terrorla mübarizəni təngə gəlmədən davam etdirəcəklərini söylədi.

1269051
"Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan terrorla mübarizəni təngə gəlmədən davam etdirəcəklərini söylədi.

Ərdoğan İstanbulda cümə namazından çıxışı əsnada jurnalistlərə açıqlama verdi.

Terror təşkilatı PKK-nın Diyarbəkirdə dünən mülki vətəndaşlara qarşı bombalı hücumuna toxunan Ərdoğan “Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa vərsin. Şəhid ailələrilə görüşdüm. “Biz illərdir tayfa olaraq çox şəhid verdik, bunlar bizi təngə gətirməz” deyirlər. Bu mübarizəmizə usanmadan davam etdirəcəyik. İnanıram ki, biz Türkiyə Cümhuriyyəti olaraq bu işdə zəfər çalacağıq” deyə bildirdi.

Ərdoğan “Hücumla əlaqədar Xalqların Demokratik Partiyasından (HDP) saxlanılanlar var, başqa saxlanılanlar da olacaq deyə düşünürəm” dedi.

Diyarbəkirdə övladları PKK tərəfindən oğurlanıb dağa aparılan analara dəstək mesajı da verən Ərdoğan dövlət olaraq bu anaların yanında olduqlarını qeyd etdi.

Suriyadakı vəziyyətə də toxunan Ərdoğan “Suriya zirvəsi bir prosesdir. Soçidə başladı, Ankara və Tehranda davam etdi. Soçi və bundan sonra Ankarada davam etdiriləcək. Bu zirvə yığıncağında İdlibdəki vəziyyəti müzakirə edəcəyik. Müşahidə məntəqələri daxil olmaqla bölgədəki vəziyyət terror təşkilatlarına qarşı ilə aparılan mübarizəni yığıncaqda müzakirə edəcəyik” ifadələrini işlətdi.

Suriyanın şimalında təhlükəsiz bölgə fəaliyyətlərinə də toxunan Ərdoğan “Koalisiya qüvvələrinin fəaliyyətləri var, onlarla da görüşlər keçiririk. Cənab Trampun daha əvvəl 20 mil olaraq ifadə etdiyi bölgədəki fəaliyyətlərimiz bizim Türkiyə Silahlı Qüvvələri mənsublarımız və ABŞ-ın mənsubları göüşlər keçirdilər. Razılığa gəlinən bəzi nöqtələr var. Helikopterlərimiz birgə logistika olaraq hava əməliyyatı həyata keçirirlər. Terror təşkilatı PYD/YPG-yə qarşı  ABŞ-ın mövqeyinə əhəmiyyət veririk. Amma bizim istədiyimiz mövqe hələ lə ortaya qoyulmayıb” dedi.



Әlaqәli Xәbәrlәr