Mövlud Çavuşoğlu Malayziyanın XİN rәhbәri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bölgәdәki problemlәrin müsәlman ölkәlәr arasındakı hәmrәylik vә әmәkdaşlıq ilә hәll edilә bilәcәyini bildirib.

1269123

Mövlud Çavuşoğlu Türkiyәnin paytaxtı Ankarada Malayziyanın xarici işlәr naziri Dato Marzuki bin Yahya vә İranın keçmiş xarici işlәr naziri ilә bir araya gәlib.

Nazir Mövlud Çavuşoğlu  Kuala Lumpur Sammitinin  Məşvərət Şurasının üzvü olan xarici işlər nazirinin müavini  Marzuki və Kuala Lumpur sammitinin   xarici әlaqələr üzrә rәhbәri  Qamarul Nəim Mohd Faizal ilə görüşüb.  Görüşdə  Kuala Lumpur sammitinin hazırlıqları müzakirə olunub.

Mövlud Çavuşoğlu keçirdiyi görüşlәrlә bağlı şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verib.

‘‘Bölgәmizdәki problemlәr müsәlman ölkәlәr arasındakı hәmrәylik vә әmәkdaşlıq ilә hәll edilә bilәr’’,-deyә Mövlud Çavuşoğlu qeyd edib.

Әlaqәli Xәbәrlәr