Mustafa Varank Avropa Yenidənqurma və İnkişaf bankının sədrini qəbul etdi

Sənaye və texnologiya naziri Mustafa Varank Avropa Yenidənqurma və İnkişaf bankı (EBRD) sədri Suma Cakarabarti ilə görüş keçirib.

1268133

Nazirlikdəki görüşdə Türkiyə və EBRD arasında  sənaye siyasətləri və innovasiya sahələrindəki əməkdaşlıq imkanları müzakirəyə çıxırılıb.

Bankın Türkiyədəki əməliyyatları və gələcək dövrdə strategiyaları barəsində məlumatın çatdırıldığı görüşdə Texnologiya Mərkəzli Sənaye Həmləsi başda olmaqla Nazirliyin texnologiya və innovasiya təməllərini inkişaf etdirmək sahəsindəki fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşde sənaye və texnologiya nazirinin müavinləri Mehmet Fatih Kacır ilə Çətin Əli Dönməz, EBRD-nin Türkiyə üzrə direktoru Arvid Tuerkner, EBRD-nin Türkiyə üzrə sədr əvəzi və Ankara ofisinin sədri Barış Dinçer, EBRD-nin Türkiyə üzrə əvəzi Hande İslak ilə EBRD iqtisadiyyatçı Lorenzo Ciari də iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.

Әlaqәli Xәbәrlәr