Hakkaridə bir əsgərimiz şəhid oldu

Türkiyənin Hakkari vilayətinin Çuxurca qəsəbəsi ərazilərində PKK-lı terrorçular tərəfindən əvvəldən  yerləşdirilən əl istehsalı olan bombanın partlaması nəticəsində bir əsgərimiz şəhid oldu.

1265663

Milli Müdafiə Nazirliyinin açıqlamasında Çuxurcada əl istehsalı olan bombanın partlaması nəticəsində ağır yaralanıb xəstəxanada yerləşdirilən əsgərin xilas edilə bilmədiyi və şəhid olduğu bildirilib.

Bölgədə əməliyyatların davam etdirildiyi vurğulanan açıqlamada “Ölkəni dərin kədərə qərq edən bu xain hücumda şəhid olan əsgərimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələri ilə əsil millətimizə başsağlığı və səbr diləyirik” ifadələri işlədilib.

Әlaqәli Xәbәrlәr