Livanın Ankaradakı səfiri XİN-ə çağrıldı

Livan prezidenti Mişel Avnın Osmanlı Dövləti haqqındakı qalmaqallı ifadələrindən sonra Türkiyənin Beyrut Səfirliyinə qarşı təxribatçılıq doğuran hərəkət edildi.

1264537

Dünən səhər saat 06.00 radələrində 8-10 nəfərdən ibarət bir qrup Türkiyənin Beyrut Səfirliyinin kargüzarlıq ofisinin qapısına təhqiramiz ifadələr ehtiva edən parça asıb.

Bunun qarşısında Livanın Ankaradakı səfiri Qassan Muallim Xarici İşlər Nazirliyinə çağrılaraq, hadisədən duyulan narahatlıq çatdırıldı.

Səfirə bu şəxslərin kargüzarlıq ofisinin giriş qapısına yaxınlaşmasının ilk növbədə Türkiyə Səfirliyinin təhlükəsizliyi baxımından narahatlıq doğurduğu ifadə edildi.

Ayrıca, Türkiyənin Beyrut Səfirliyi başda olmaqla Livanda Türkiyənin bütün maraqlarının qorunması üçün vacib olan təhlükəsizlik tədbirlərinin ləngildilmdən görülməsi tələb edildi.

Bu çərçivədə oxşar təşəbbüslər Türkiyənin Beyrut Səfirliyi tərəfindən də Livandakı  rəsmi idarələri nəzdində qaldırıldı.

Әlaqәli Xәbәrlәr