"2020-ci il üçün məqsədimiz ölkənin iqtisadi artım tempinin 5 faizə çatdırılmasıdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi artım tempini 2020-ci ildə 5 faiz olaraq planlaşdıracaqlarını söylədi.

1263851
"2020-ci il üçün məqsədimiz ölkənin iqtisadi artım tempinin 5 faizə çatdırılmasıdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi artım tempini 2020-ci ildə 5 faiz olaraq planlaşdıracaqlarını söylədi.

Ərdoğan bunu Sivas şəhərində keçirilən Mərkəzi Anadolu İqtisadi Forumunda etdiyi çıxışda dedi.

Prezident Ərdoğan çıxışında ixracatın 36 milyard dollardan 170 milyarda qədər artdığını xatırladaraq, “2023-cü ildə ölkəmizi dünyanın iqtisadiyyatı ən yaxşı 10 ölkəsindən birinə çevirmək üçün inamla irəliləyirik” deyə qeyd etdi.

Turizmdə ciddi bir turist axınının olduğunu bildirən Ərdoğan bu il 52 milyon turistin gələcəyini və bu rəqəmin Cümhuriyyət tarixindəki ən böyük rəqəm olduğunu söylədi.

Ərdoğan Türkiyə iqtisadiyyatının dinamik bazar quruluşu və qlobal sistemə inteqrasiya gücü ilə qarşıdan gələn dövrün ən favorit iqtisadiyyatı halına gəldiyini vurğuladı.

İş adamları ilə yeni bazarlar tapmaq, yeni əlaqələr qurmaq üçün dünyanın dörd bir yanına səfərlər etdiklərini həm Türk sahibkarlar, həm də Türkiyəyə gələn qlobal sərmayəçilərə istənilən dəstəyi verdiklərini vurğulayan Ərdoğan "Ümid edirəm ki, iqtisadiyyatımızda mövcud proses müddətini 2019-cu ildə başa vuracaq, gələcək ildən etibarən qaldığımız yerdən iqtisadi artım həmləmizə başlayacağıq" dedi.

Türkiyənin eyni zamanda Suriya və İraqda apardığı əməliyyatlarla sərhədlərin təhlükəsizliyini gücləndirməkdə davam etdyini vurğulayan Ərdoğan Şərqi Aralıq dənizində ölkənin hüquqlarını qorumaq üçün güclü bir mövqé sərgilədiklərini söylədi.



Әlaqәli Xәbәrlәr