Rәcәb Tayyib Әrdoğan : ‘‘Heç kimin torpağında gözümüz yoxdur’’

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan  Türkiyənin sərhəddәn kәnarda hәyata keçirdiyi əməliyyatların yeganə məqsədinin Türkiyə Cümhuriyyətinin hüquqlarını müdafiə etmək olduğunu deyib.

1261432

Prezident Ərdoğan  30 Avqust Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Prezident Kompleksində ziyafət verib.

Rәcәb Tayyib  Ərdoğan  burada etdiyi çıxışında  İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı hәyata keçirilәn  əməliyyatların məqsədinin təhlükəsizlik olduğunu deyib  və "Heç kimin torpağında gözümüz yoxdur" deyə söyləyib.

‘‘Torpaqlarımızda gözü olanlara, suveren hüquqlarımıza uzanan əllərə, gələcəyimizə yönələn təhdidlərə də səbrimiz ola bilmәz. Bu gün İraqda, Suriyada, Şərqi Aralıq dənizində və coğrafiyamızın dörd bir güşәsindә  apardığımız  mübarizənin yegәnә  mәqsәdi  Türkiyə Cümhuriyyətinin hüquqlarını müdafiə etməkdir vә  dost ilə qardaş xalqların təhlükəsizliklərini təmin etməkdir",-deyә Türkiyә prezidenti qeyd edib.

Türkiyənin qətliamlara biganə qalmayacağını vurğulayan Ərdoğan hәmçinin qeyd edib ki, Türk xalqı dostları vә qardaşlarına edilәn zülmә biganә qalan bir xalq deyil.

Әlaqәli Xәbәrlәr