İstanbulda Zəfər Həftəsi Sərgisi açıldı

İstanbulda 30 Avqust Zəfər bayramı münasibətilə Zəfər Həftəsi Sərgisi açıldı.

1261164
İstanbulda Zəfər Həftəsi Sərgisi açıldı

İstanbulda 30 Avqust Zəfər bayramı münasibətilə Zəfər Həftəsi Sərgisi açıldı.
 
 İstanbul Bəyoğlu bələdiyyəsi tərəfindən Taksim meydanında hazırlanan sərginin açılışı Respublika abidəsində keçirilən rəsmi mərasimdən sonra oldu.
 
 Bəyoğlu bələdiyyəsinin sədri Heydər Əli Yıldız sərgiyə gələn İstanbul valisi Əli Yerlikayanı, İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu və 1-ci ordu komandiri, ordu generalı Musa Avsevəri sərgidə müşayiət etdi və onlara sərgi barəsində məlumat verdi.
 
 Sərgidə 30 Avqust Zəfər Bayramı ilə bağlı çox sayda foto və sənəd nümayiş etdirilir.

Zəfər Həftəsi Sərgisi 1 həftə ərzində Taksim meydanında açıq olacaq.



Әlaqәli Xәbәrlәr