Çavuşoğlu: "Dost ölkə Belarusla münasibətlərimizi daha da inkişaf etdirəcəyik"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belarus ilə iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün müştərək ticarət işçi qrupunun yaradıldığını bildirdi.

1260052
Çavuşoğlu: "Dost ölkə Belarusla münasibətlərimizi daha da inkişaf etdirəcəyik"
çavuşoğlu, lukaşenko.jpg


 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfər etdiyi  Belarusda bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə paytaxt Minskdə Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçirdi.
 
 Mövlud Çavuşoğlu mətbuat konfransında iki ölkə prezidentlərinin qarşılıqlı səfər və görüşlərdən sonra müəyyən etdikləri hədəflər istiqamətində əlaqələri daha da inkişaf etdirmək üçün həmkarı Makeylə birlikdə fəaliyyət göstərdiklərini ifadə etdi.
 
 Bugünkü toplantılarda ikitərəfli əlaqələri inkişaf etdirəcəkləri sahələr barədə fikir mübadiləsi apardıqlarını bildirən Çavuşoğlu beynəlxalq sahədəki əməkdaşlığın və iqtisadi əlaqələrin də toplantıların müzakirə predmeti olduğunu dilə gətirdi.
 
 Xarici işlər naziri iki ölkə arasındakı turist sayının artdığını məmnuniyyətlə müşahidə etdiklərini qeyd etdi. 

 Müdafiə sənayesi başda olmaqla, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə biləcəkləri sahələri də nəzərdən keçirdikləri barədə məlumat verən Çavuşoğlu mədəniyyət və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məsələsində həmfikir olduqlarının vurğuladı.
 
Türkiyəli nazir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı davam etdirdiklərinə toxunaraq: "Türkiyə olaraq Belarusun Dünya Ticarət Təşkilatına üzvlüyünü güclü şəkildə dəstəkləyirik. Bundan sonrakı prosesdə əlimizdən gələni etməyə hazırıq" dedi.
 
 Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası kimi təşkilatlarla bağlı fikrilərin də səsləndirildiyini qeyd edən Çavuşoğlu beynəlxalq və regional məsələləri müzakirə etdiklərini vurğuladı.
 
Mövlud Çavuşoğlu iki ölkənin beynəlxalq terrorizmə qarşı müharibə elan etdiyinə diqqət çəkərək dedi: "Lukaşenkonun çətin və kritik zamanlarda Türkiyəyə verdiyi dəstəyi, Türkiyə ilə olan həmrəyliyini xalqımızın unutması mümkün deyil. Bunun üçün bir daha çox təşəkkür etmək istəyirəm".
 
Türkiyənin xarici işlər nazirini Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən də qəbul edildi.
 
 Çavuşoğlu qəbuldan sonra "Twitter" vasitəsilə bu ismarışı bölüşdü: "Görüşdə Belarus prezidenti Aleksandr Lukaşenkoya prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdıq. Dost Belarus ilə mükəmməl əlaqələrə malikik. Bu səfərlə münasibətlərimizi daha da inkişaf etdirəcəyik" dedi.



Әlaqәli Xәbәrlәr