"İdlibdə müşahidə məntəqəsinin başqa yerə köçürüləcəyi haqda fikirlər əsassızdır".İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü  İbrahim Kalın Suriyanın İdlib şəhərində Türkiyənin hərbi konvoyuna edilən hücum barədəki reaksiyaların Rusiya tərəfinə çatdırıldığını söylədi.

1256348
"İdlibdə müşahidə məntəqəsinin başqa yerə köçürüləcəyi haqda fikirlər əsassızdır".İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü  İbrahim Kalın Suriyanın İdlib şəhərində Türkiyənin hərbi konvoyuna edilən hücum barədəki reaksiyaların Rusiya tərəfinə çatdırıldığını söylədi.

İbrahim Kalın avqustun 21-də keçirilən kabinet toplantısından sonra verdiyi açıqlamada bu məsələyə toxunaraq dedi:

“Türkiyənin reaksiyalarını Rusiya tərəfinə çatdırdıq. Gələcək günlərdə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti  Vladimir Putin ilə telefonla danışacaq”.

İbrahim Kalın Türkiyənin ABŞ ilə Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması mövzusu barədə isə bildirdi ki, bu məsələ ilə əlaqədar müzakirələr davam edir. Mövzunun əsas çərçivəsi barədə razılıq əldə olunduğu söylənə bilər. Fərat çayının şərqində Türkiyə və Amerika əsgərlərinin birgə patrul fəaliyətləri də yaxın zamanda başlayacaq.

İbrahim Kalın Suriyanın İdlib bölgəsində Türkiyənin 9-cu müşahidə məntəqəsinə Əsəd rejiminin hava hücumu ilə əlaqədar bu məntəqənin başqa yerə köçürüləcəyi haqda fikirlərin əsassız olduğunu da bildirdi.

Əsəd rejimi və Rusiyaya da çağırış edən İbrahim Kalın “Rejimə və onu dəstəkləyən Rusiya Federasiyasınına pozuntularına son qoyması barədəki çağırışımızı bir daha etmək istəyirəm” ifadəsini işlətdi.

İbrahim Kalın jurnalistlərin bir sualına cavabən isə dedi ki, yaxın zamanda prezident Ərdoğan ABŞ prezidenti Tramp ilə telefonla danışacaq.  Ayrıca, prezident Ərdoğanın başçılığında 16 sentyabrda Ankarada Rusiya və İranın iştirakı ilə üçtərəli zirvə görüşü keçiriləcək.



Әlaqәli Xәbәrlәr