Türkiyənin Venesuela ilə əlaqələrə dair açıqlaması

Türkiyə Venesuela ilə əlaqələrin daxili işlərinə müdaxilə etməmə, dövlətlərin suverenlik haqlarına, xalq iradəsinə və demokratiyaya hörmət əsasları ilə qarşılıqlı mənfəətlərə əsaslandığını bildirdi.

1255080
Türkiyənin Venesuela ilə əlaqələrə dair açıqlaması

Türkiyə Venesuela ilə əlaqələrin daxili işlərinə müdaxilə etməmə, dövlətlərin suverenlik haqlarına, xalq iradəsinə və demokratiyaya hörmət qaydaları ilə qarşılıqlı mənfəətlərə əsaslandığını bildirdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyə-Venesuela əlaqələrinə dair son günlərdə yayılan bəzi xəbərlərlə əlaqədar suala yazılı cavab verərək deyib:

“Türkiyənin Venesuela ilə əlaqələri daxili işlərinə müdaxilə etməmə, dövlətlərin suverenlik haqlarına, xalq iradəsinə və demokratiyaya hörmət əsasları ilə qarşılıqlı mənfəətlərə əsaslanır. Türkiyə qanuni hökumətləri və konstitusiyaya uyğun rejimləri devirmək üçün xarici müdaxilənin, demokratik olmayan metodlara müraciət edilməsinin və təktərəfli sanksiyaların tətbiq edilməsinin əleyhinədir. Venesuela ilə əlaqədar problemlərə daimi və davam etdirilə biləcək həll yolunun mənalı və genişmiqyaslı dialoqdan keçdiyini indiyədək vurğuladıq. Digər tərəfdən ABŞ-ın Venesuelaya təktərəfli ciddi sanksiyaları səbəbindən xüsusi sektor və qurumlar tərəfindən qəbul edilən bəzi qərarlar ticari seçimlərdir. Bunlar Türkiyə-Venesuela arasındakı ikitərəfli əlaqələrdən müstəqildir”.

Hami Aksoy Türkiyənin Venesuelaya qarşı prinsipli mövqeyində hər hansı dəyişiklik olmadığını bildirərək, Venesueladakı mövcud ziddiyyətlərə daimi həll tapılmasını arzu edən bütün tərəflərin siyasi dialoq prosesinə dəstək verməyə davam etmələrinin böyük əhəmiyyət daşıdığını, bu cəhdlərin daxili siyasi mübahisələr və gündəlik mənfəət uğurunda məhv edilməməsinin vacibliyini vurğulayıb.  



Әlaqәli Xәbәrlәr