"Əsgərlərimizin təhlükəsizliyi üçün istənilən hər şeyi yerinə yetirəcəyik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada Türkiyə əsgərlərinin təhlükəsizliyi üçün istənilən hər şeyi yerinə yetirəcəklərini söylədi.

1255456
"Əsgərlərimizin təhlükəsizliyi üçün istənilən hər şeyi yerinə yetirəcəyik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada Türkiyə əsgərlərinin təhlükəsizliyi üçün istənilən hər şeyi yerinə yetirəcəklərini söylədi.

Çavuşoğlu Əl Salvadorun xarici işlər naziri Aleksandra Hill ilə paytaxt Ankarada təşkil etdikləri birgə mətbuat konfransında dünən Suriyada Türkiyə Silahlı Qüvvələrinin konvoyuna edilən və 3 mülki vətəndaşın həyatını itirdiyi, 12 sakinin yaralandığı hadisəyə toxunub.

Rus tərəfmüqabillərilə əlaqə saxladıqlarını bildirən Çavuşoğlu “9-cu müşahidə məntəqəsini başqa yerə köçürmək kimi niyyətimiz yoxdur, vacib olan tədbirlər görülür” deyib.

Bəşər Əsəd rejiminə atəşlə oynamamasının vacibliyi barədə xəbərdarlıq edən Çavuşoğlu “Əsgərlərimizin təhlükəsizliyi üçün lazım olan yerinə yetiriləcək. Lakin işin o nöqtəyə gəlməsini istəmərik. Təcili olaraq siyasi prosesə diqqət yetirilməsi lazımdır. Əsasən sentyabr ayında üçtərəfli zirvə yığıncağı keçiriləcək. (Türkiyə-Rusiya-İran)” deyə bildirib.   

ABŞ ilə Suriya arasında qurulacaq sülh dəhlizi üçün birgə hərəkat mərkəzi fəaliyyətlərinə də toxunan Çavuşoğlu qeyd edib ki, ABŞ-dan rəsmilər gəlməyə başladılar, fəaliyyətlər davam edir. Bütün mövzularda razılıq əldə etdik demək düzgün olmaz. Fərqli düşündüyümüz mövzularda əlbətə biz müzakirəmizi davam etdirəcəyik. Olmayacağı təqdirdə oraya girmə mövzusunda bizim öz planımız var. Cənab prezidentimizin təlimatı dəqiqdir.



Әlaqәli Xәbәrlәr