"Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır", M.Çavuşoğlu

M.Çavuşoğlu “twitter”dən bu sözləri yazıb...

1254063
"Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır", M.Çavuşoğlu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya məsələsinin barışçıl yollarla həll edilməli olduğunu bildirərək "Beynəlxalq cəmiyyətin Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutması lazımdır" dedi.

  Müvəqqəti Vətəndaş İdarəçiliyi tənzimləmələrini ehtiva edən Konstitusiya Bəyannaməsinin imza mərasimində iştirak etmək üçün Sudanın paytaxtı Hartumda olan Türkiyənin xarici işlər naziri liviyalı həmkarı Tahir Siyala ilə bir araya gəlib.

  Görüşlə bağlı M.Çavuşoğlu “twitter”dən bu sözləri yazıb: “Liviya xarici işlər naziri Tahir Siyala ilə görüşümüzdə Liviya məsələsinin barışçıl yollarla həll edilməsinin əhəmiyyətini vurğuladıq. Beynəlxalq cəmiyyətin Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə bir yol tutması lazımdır."



Әlaqәli Xәbәrlәr