Türkiyәdә iki tәhlükәli terrorçu da zәrәrsizlәşdirildi

Bu barәdә Türkiyә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1252231
Türkiyәdә iki tәhlükәli terrorçu da zәrәrsizlәşdirildi

 

 

Türkiyәnin Bitlis şәhәrindә PKK terror tәşkilatına qarşı xüsusi әmәliyyat keçirilib.

Bu barәdә Türkiyә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda iyulun 24-dә hәyata keçirilәn әmәliyyat nәticәsindә dörd terrorçunun zәrәrsizlәşdirildiyi vurğulanıb.

Jandarm Qüvvәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı zәrәrsizlәşdirilәn terrorçulardan ikisinin  tәhlükәli terrorçular siyahısında olduğu qeyd olunub.

Mәlumata görә, әmәliyyat zamanı ‘Özgür Ruh’’ vә Agit Yaman’’ lәqәblәri ilә tanınan tәhlükәli terrorçular zәrәrsizlәşdirilib. Әsl adları Eyyub Çeçan vә Mustafa Yaman olan bu şәxslәrin adlarının  uzun müddәt tәhlükәli terrorçular siyahısında olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr