Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yaydı

Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata әsasәn, ‘‘Pәncә’’ әmәliyyatı ilә koordinasiyalı şәkildә İraqın Metina bölgәsindә hava әmәliyyatı hәyata keçirilib.

1251876
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yaydı

 

İraqın şimalındakı Metina bölgәsindә hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә separatçı terror tәşkilatı PKK-nın 2 üzvü zәrәrsizlәşdirilib.

Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata әsasәn, ‘‘Pәncә’’ әmәliyyatı ilә koordinasiyalı şәkildә İraqın Metina bölgәsindә hava әmәliyyatı hәyata keçirilib.

Malumatda hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә iki terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Digәr tәrәfdәn Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata görә, ölkә daxilindә keçirilәn әmәliyyatlar çәrçivәsindә Әrzincanın Kemah qәsәbәsindә Jandarm Komandanlığı tәrәfindәn keçirilәn әmәliyyat nәticәsindә üç terrorçu zәrәrsizlәşdirilib.

Bölgәdә terrorçulara qarşı әmәliyyatlar davam etdirilir.



Әlaqәli Xәbәrlәr