PKK-nıın 6 terrorçusu zərərsizləşdirildi

İraqın şimalına təşkil edilən hava əməliyyatlarında separatçı terror təşkilatı PKK-nın 6 terrorçusu zərərsizləşdirildi.

1251046
PKK-nıın 6 terrorçusu zərərsizləşdirildi

 

Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yaydı.

Məlumatda "Pəncə" əməliyyatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı  Haftanin və Qara bölgələrinə hava əməliyyatlarının keçirildiyi bildirildi. Hava əməliyyatlarında 6 PKK terrorçusunun da zərərsizləşdirildiyi qeyd edildi.



Әlaqәli Xәbәrlәr